Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:05

2 milyon seçici hanı? MSK-dan izah edirlər


MSK

Mərkəzi Seçki Komissiyasının son açıqlamasına görə, Azərbaycanda 5 milyon 212 min 902 nəfər seçici var.

Amma bəzi ekspertlər bu rəqəmin Dövlət Statistika Komitəsinin ( DSK) məlumatları ilə üst-üstə düşməməsinə diqqət çəkirlər.

Hüquq müdafiəçisi Rəsul Cəfərov qeyd edib ki, artıq ölkədə 10 milyonuncu sakin doğulub. O vurğulayıb ki, DSK-nın ölkədə seçki hüququ olan və yaşı 18-dən yuxarı olan vətəndaşların sayı ilə bağlı açıqladığı rəqəm MSK-nın qeyd edilən rəqəmdən təqribən 2 milyon çoxdur.

«İndi MSK və DSK bir açıqlama verməlidir, görək 2 milyon 200 min nəfər seçici niyə siyahıdan kənarda qalıb?», - deyə o, sual edib.

MSK nə deyir?

«Turan» agentliyi qeyd edilən suala aydınlıq gətirməkdən ötrü Mərkəzi Seçki Komissiyasına üz tutub. Agentliyin xəbərinə görə, qurumdan bildiriblər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir: «Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür».

Komissiyadan deyilib ki, seçici sayına təsir edən müxtəlif amillər olur - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.

Qurumdan buna daha bir neçə amilin də təsir edə biləcəyini istisna etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG