Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

MSK Müsavatın müraciətinə münasibət bildirib


Məzahir Pənahov
Məzahir Pənahov

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə 409 beynəlxalq və 54 min 292 yerli müşahidəçi qeydiyyatdan keçib.

Bu barədə “Turan” agentliyinə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qurumdan həmçinin, bildirilib ki, 30 saylı Suraxanı seçki dairəsindən Mərkəzi Seçki Komissiyasına ciddi şikayət daxil olub.

Həmin şikayətdə namizədin seçiciləri ələ almağa cəhd göstərməsi iddiası yer alıb.

"Seçicilərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”, qeyd edildiyinə görə, qurumun yanvarın 27-də keçirilən toplantısında bildirilib.

Amma sözü gedən namizədin adı, hələləlik, açıqlanmayıb.

Qurum həmçinin, Müsavat Partiyasının onlara pulsuz efir vaxtı ilə bağlı müraciətinə də münasibət bildirib.

"Müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir. Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Onlar fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olacaq. Qanunverciliyin tələbi nədirsə MSK ona uyğun addım atır", qurumdan vurğulandığına görə, sədr Məzahir Pənahov iclasda deyib.

Bu növbədənkənar parlament seçkilərində pulsuz efir vaxtını yalnız hakim Yeni Azərbaycan Partiyası qazanıb. Amma onlar da bu üstünlükdən yararlanmaq istəmədiklərini açıqlayaraq bundan imtina ediblər.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu, seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

MSK-dan bəyan ediblər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü lazımı şərait mövcuddur.

XS
SM
MD
LG