Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:26

MSK Fərəc Quliyevə yalnız xəbərdarlıq etməklə kifayətlənib


Fərəc Quliyev
Fərəc Quliyev

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, fevralın 5-də 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən başqa namizəd Fərəc Quliyevlə bağlı şikayətinə baxıb. Deputatlığa namizəd Fərəc Quliyevə xəbərdarlıq edilib.

Bu barədə “Turan” agentliyinə MSK-dən məlumat verilib.

Qurumdan bildirilib ki, Mehman Hüseynov şikayətində qeyd edib ki, Fərəc Quliyev ona 15 min manat pul təklif edib.

Verilən məlumata görə, şikayətdə xahiş edib ki, Fərəc Quliyevin namizədliyi ləğv edilsin.

MSK şikayəti müzakirə edib və Fərəc Quliyevə yalnız xəbərdarlıq edilib.

Bir neçə gün əvvəl 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa başqa bir namizəd Fərəc Quliyev olduğunu qeyd etdiyi bir şəxslə səs yazısını yayıb.

Səs yazısında Fərəc Quliyev olduğu bildirilən şəxsin Mehman Hüseynova 10-15 min manat pul təklif etdiyi əksini tapıb. Eyni yamanda, həmin səs yazısına görə, Mehman Hüseynovdan namizədliyinin geri götürülməsi istənilib.

Fərəc Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu Mehman Hüseynovun müalicəsi üçün təklif etdiyini, onun danışığın səs yazısını montaj edərək yaydığını vurğulayıb.

Fərəc Quliyev rüşvət ittihamına cavab verir
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Xəbərdarlıq

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına aiddir.

Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədi ilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.Fərəc Quliyev V çağırış Milli Məclisin üzvü olub.

XS
SM
MD
LG