Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

MSK DSK-nın daha bir qərarını ləğv edib


MSK-nın binası
MSK-nın binası

Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının üzvü ilə bağlı Dairə Seçki Komissiyasının qərarını ləğv edib.

MSK-dan “Turan” agentliyinə bildirilib ki, yanvarın 17-də keçirilən iclaslarında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Müsavat Partiyasının Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirovun müraciətinə baxılıb.

Niyaz Nəsirovun sözlərinə görə DSK əslində, onun sənədlərinə iş gününün gərginliyi ilə əlaqədar baxa bilməyib və namizədliyinin qeydə alınmaması ilə bağlı heç bir sənəd təqdim etməyib.

MSK Niyaz Nəsirovun şikayətini təmin edib, onun namizədliyi qeydə alınıb.

Müsavat Partiyasının siyahısı ilə 20-dən çox, bu partiya mənsubiyyətini göstərməklə fərdi qaydada isə 50-dən çox namizəd qeydə alınıb.

Bundan əvvəl də, bu növbədənkənar parlament seçkilərinin qeydiyyat mərhələsində MSK DSK-nın bir neçə qərarını ləğv edib.

Bu gün, yanvarın 17-də növbədənkənar parlament seçkilərində təşviqat mərhələsi başlayıb. Amma hələ bir həftə ərzində iddiaçıların şikayəti əsasında onların namizədliyinin qeydiyyata götürülməsindən ötrü hüquqi yollar qalır.

İndiyə qədər 1600-dən çox şəxsin namizədliyinin qeydiyyata alındığı bildirilir.

Azərbaycan Milli Məclisində 125 deputat yeri var.

Xatırlatma

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Prezident də öz növbəsində növbədənkənar parlament seçkilərinin bu il fevralın 9-da keçirilməsinə dair sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG