Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

MSK şikayətlərə baxarkən...


'Namizəd alveri' iddiaları nə qədər realdır?
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

"Namizəd alveri" iddiaları nə qədər realdır?

Növbədənkənar parlament seçkilərinə cəmi 3 gün qalıb.

Azərbaycan parlamentində 125 deputat yeri var. Hazırda bu yerlərə 1321 rəsmi iddiaçı var. Seçki prosesi zamanı Mərkəzi Seçki Komissiyasına (MSK) bir çox şikayətlər gəlib. Bəs bu şikayətlərə baxış və qəbul olunan qərarlar nə dərəcədə obyektiv olub? Bu məsələlər ətrafında seçki ekspertlərinin fikirləri nə yöndədir?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı bildirib ki, fevralın 5-dək MSK 32 şikayətə baxıb: «Bu 32 şikayətdən 9-nu MSK məqbul sayaraq dairə seçki komissiyalarının (DSK) qərarlarını ləğv etmişdi. Bu da onu göstərir ki, MSK bu sahədə işini qənaətbəxş qurub».

«DSK-larla müqayisədə MSK öz işini daha yaxşı qurub»

Qərargah sədrinə görə, indi heç yerdə 100 faiz obyektivlikdən danışmaq olmaz: «Amma əvvəlki seçkilərlə müqayisədə görünür ki, DSK-larla müqayisədə MSK öz işini daha yaxşı qurub. Nöqsanlar isə göstərir ki, kadr, namizədlər məsələsinə ciddi yanaşmaq lazımdır».

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, MSK-nın keçmiş üzvü Akif Qurbanov isə bir qədər fərqli düşünür.

A.Qurbanov AzadlıqRadiosuna deyib ki, MSK şikayətləri araşdırarkən bəzən problemin mahiyyətinə görə yox, siyasi istəyə uyğun davranır. Onun fikrincə, sifariş gələndə dərhal qərar qəbul edilir, gəlməyəndə yox.

«MSK şikayətləri yola verir»

A.Qurbanov xatırladıb ki, MSK hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərindən birinə xəbərdarlıq verib. Şikayətdə həmin namizədin seçicilərə yol çəkdirdiyi qeyd edilib: «MSK ümumən şikayət proseslərini yola verməklə məşğuldur. Bu yola vermənin də səbəbi siyasi qərara bağlıdır...».

«Şikayətlər qanunvericiliyə uyğun araşdırılır»

MSK-dan isə bildiriblər ki, bütün şikayətlər üzrə araşdırmalarda onlar Azərbaycan qanunvericiliyini və o cümlədən, Seçki Məcəlləsinin tələblərini əsas götürürlər.

Komissiyadan habelə deyilib ki, şikayətlərdə hər hansı cinayət əməli baş verməsi iddiası yer alırsa, artıq bu məsələ qurumun səlahiyyətində olmur, hüquq-mühafizə orqanlarının araşdırma müstəvisinə keçir. «Bu baxımdan, MSK şikayətləri qanunvericiliyin tələbləri çərçivəsində araşdırır»,-qurumdan bildiriblər.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına (YAP) aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG