Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:27

Ermənistan rəsmisi ‘dəhliz’dən danışdı


Mqer Qriqoryan
Mqer Qriqoryan

AzadlıqRadiosu-nun Ermənistan xidməti “açılımla” “dəhliz”in fərqini soruşub. Qriqoryan məsələnin qavrayışda olduğunu deyib

Kommunikasiya xətlərinin açılması ya Ermənistanın suveren infrastrukturundan tam istifadə ilə həyata keçiriləcək, ya da heç nə baş verməyəcək. Bunu Ermənistanın müvəqqəti baş nazirinin müavini Mqer Qriqoryan iyunun 1-də jurnalistlərə deyib. O, regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın üzvüdür.

Son günlər Azərbaycan tərəf Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizindən danışır, Ermənistan isə dəhlizdən deyil, regional nəqliyyat xətlərinin açılmasından söhbət getdiyini bildirir.

Zəngəzur dəhlizində nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Problem terminologiyada ola bilərmi? Qriqoryan deyib ki, əgər kimsə “dəhliz” deyəndə suverenliyə hansısa dərəcədə təsiri nəzərdə tutursa, bu, istisna olunur. “Belə bir müzakirə olmayacaq və olmayıb”, – o vurğulayıb.

AzadlıqRadiosu-nun Ermənistan xidməti “açılımla” “dəhliz”in fərqini soruşub. O, məsələnin qavrayışda olduğunu deyib. “Kimsə buna istiqamət kimi baxır, kimsə məqsəd, kimsə spesifik infrastruktur kimi... Söhbət açılım halında bizim suveren infrastrukturdan gedir. Ya bizim suveren infrastrukturdan tam istifadəylə açılım olacaq, ya da heç nə olmayacaq”, – Qriqoryan əlavə edib.

Xatırlatma

Prezident İlham Əliyev bir neçə gün əvvəl Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr olduğunu deyirdi. Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var”.

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan isə Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirə olunmadığını deyib.

Ötən il 44 günlük müharibə 10 noyabr atəşkəs razılaşması ilə sonuclanıb. Bundan sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasına da razılaşıblar. Yanvarın 11-də imzalanmış bəyanatla isə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin region ölkələrinin məhdudiyyətsiz istifadəsinə verilməsi nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG