Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:29

Mozambikdə 5 Rusiya muzdlusunun öldürüldüyü xəbər verilir


Mozambik hökumət qoşunlarının əsgərləri
Mozambik hökumət qoşunlarının əsgərləri

Amerikanın səsi radiosunun Rus xidməti yazır ki, Rusiyanın Vagner özəl hərbi şirkətinin 5 muzdlusu Mozambikin şimalında radikal islamçılarla döyüşdə həlak olub.

Mozambikdəki Carta de Mocambique agentliyinin verdiyi xəbərə görə bu hadisə oktyabrın 27-də Kabu-Delqadu vilayətində baş verib.

Bu da xəbər verilir ki, islamçıların hücumu zamanı hökumətə məxsus üç avtomobil yandırılıb.

Carta de Mocambique agentliyinin xəbərinə görə, oktyabrın 27-də Kabu-Delqadu vilayətində rusiyalı muzdluları daşıyan avtomobil karvanı yerli radikal islamçıların pusqusuna düşüb.

Bu zaman başlanan atışmada 20 hökumət əsgəri və 5 rusiyalı muzdlu həlak olublar.

Bəzi məlumatlara görə islamçılar ölənlərin başlarını kəsiblər.

Rusiyalıların öldürülməsi barədə xəbəri habelə yerli e-Global saytı da verib.

Rusiyanın Mozambikdəki səfirliyindən Interfax agentliyinə deyiblər ki, bu insident barədə heç bir məlumatları yoxdur.

Mozambikin şimalında 2017-ci ildən bəri hökumət qoşunları ilə cihadçılar arasında döyüşlər gedir.

Rusiya və Mozambik arasında 2015-ci ildən hərbi-texniki əməkdaşlıq barədə saziş qüvvədədir.

İki ölkə 2016-cı habelə hərbi əməkdaşlığa dair müqavilə imzalayıb.

Bu müqavilələrə baxmayaraq, rəsmi məlumatlara görə Mozambikə hərbçilər göndərilməyib.

Lakin bu ilin oktyabrında Britaniyanın The Times qəzeti iddia edirdi ki, Mozambikə cihadçılara qarşı vuruşmaq üçün 200 rusiyalı hərbi muzdlu və üç helikopter göndərilib.

Oktyabrın əvvəllərində Carta de Mocambique xəbər verirdi ki, cihadçıların Vagner şirkəti muzdlularının bazasına hücumu zamanı bir rusiyalı döyüşçü həlak olub.

2014-cü ildən bəri Rusiya 20-dən artıq Afrika ölkəsi ilə hərbi əməkdaşlıq müqavilələri bağlayıb.

Bunların sırasında Mərkəzi Afrika Respublikası, Mali, Ruanda, Konqo və Madaqaskar da var.

Mərkəzi Afrika Respublikasında Vagner şirkətinin hərbi müşavirləri yerləşdirilib.

Eyni zamanda Liviya, Sudan və qitənin daha 11 ölkəsində rusiyalı muzdlular müşahidə edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG