Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Astara sakinləri: 'Milyonları asfaltla 'dəfn edirlər''


Yol tikintisi. Foto arxiv

«O vaxt pul ayrıldı, ancaq təmir işləri aparılmadı, pullar mənimsənildi, işlər böyrü üstə qaldı. Yolların yalnız cüzi hissəsi alababat təmir olundu. Bu günlərdə İlham Əliyev yenə əlavə pul ayırıb. Asfaltı necə gəldi döşəyirlər. Bərkitmə işləri aparılmır. Aidiyyəti qurumlara da şikayət eləmişik. Bunlarınkı yol düzəltmək deyil, israfçılıq və pul qatlayıb cibə yığmaqdır».

Astaranın Motlayataq kənd sakinləri deyir, 2015-ci ilin aprelində prezident İlham Əliyev rayonun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına 5 milyon 500 min manat ayırıb. 12 min nəfərin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən yolların təmiri xəbəri kəndliləri sevindirib. Ancaq bu sevincin ömrü qısa olub.

«ÖZÜM GEDİB MARAQLANMIŞAM»

Kənd sakini Azər Səmədovun sözlərinə görə, sərəncamdan bir müddət sonra sakinlər yollarda iş aparılmadığını görərək aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsiz qalıb. Həmin vaxt qeyd olunan yaşayış məntəqələrindən AzadlıqRadiosuna da şikayətlər daxil olmuşdu və işıqlandırılmışdı. «Qaynar xətt»ə müraciət edən kənd sakinləri sərəncamdan xeyli müddət keçməsinə baxmayaraq, yolların hələ də əvvəlki kimi qalmasından gileylənirdilər.

***Buna da bax-Motlayataqlıları dilə gətirən sosial problemlər

Bu ilin avqustunda İlham Əliyev həmin yollardakı «tikinti işlərinin davam etdirilməsi üçün» dövlət büdcəsindən əlavə olaraq 8 milyon 500 min ayırıb. Sakinlər bildirirlər ki, hazırda yolların bir hissəsinə asfalt və texnika tökülüb, işlərsə olduqca səliqəsiz aparılır. Toradi kəndinin sakini Arif Umudov:

«Şəxsən özüm gedib işlərlə maraqlanıram, bunların torpağın üstünə tökdükləri asfaltın ömrü heç bir ay çəkməyəcək. Bu yollardan ağır tonnajlı maşınlar keçir. Torpağın üstünə tökdükləri soğan qabığı nazikliyində asfalt nəinki o boyda maşınlara, heç yüngül maşınlara davam gətirməyəcək. Ötən dəfə də, bu dəfə də prezident kifayət qədər pul ayırıb ki, keyfiyyətli yol qurulsun. Ancaq gəlin, gördükləri işlə tanış olun».

«O MƏBLƏĞİN YARISI DA KİFAYƏT EDƏRDİ»

Sakinlər hesab edirlər ki, 26 kilometrlik avtomobil yolunun yenidən qurulmasına iki il ərzində dövlət büdcəsindən ümumilikdə 14 milyon manat ayrılması yeyintidən xəbər verir.

***Buna da bax-Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

Taxtanəkəran kənd sakini Əvəz Əvəzov:

«26 kilometrlik yol nədir ki... O məbləğin yarısının yarısı da bu işləri görməyə kifayət edirdi. Üstəlik də, bu qədər pula ortada heç nə yoxdur. Əvvəl hesabat versinlər görək, 5 milyon 500 min manata neyləmişdilər ki, üstəlik 8 milyon 500 min də üstünə gəldi?.. Bir sözlə, məmurlar milyonları asfaltla «dəfn edirlər»».

«YENİDƏNQURMA İŞLƏRİ APARILIR»

Sakinlər görülən işlər barədə onlara hesabat verilməsini istəyirlər.

Astara Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, prezidentin hər iki sərəncamıyla pullar «Azəravtoyolservis»ə ayrılıb. Həmin idarə də kənd yollarının yenidən qurulması ilə məşğuldur:

«Görülən işlər barədə mütəmadi olaraq ictimaiyyət məlumatlandırılır. Bu məlumatlar rüblük hesabatlar şəklində qurumumuzun saytına da yerləşdirilir. O yollarda uzun müddətdir ki, yenidənqurma işləri davam edir».

Bu ilin avqustunda «Azəravtoyol» ASC Taxtanəkəran-Toradi yoluna asfalt döşənməsi ilə bağlı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, qısa müddətdə yolun 1 kilometrdən çox hissəsinə alt və üst qat asfalt döşənib. Layihəyə əsasən, ərazidə biraşırımlı dəmir-beton konstruksiyalı avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Uzunluğu 28, eni isə 6 metr olacaq körpü yolun 12.4-cü kilometrində yerləşəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG