Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 17:09

İraq ordusu Mosulda müqavimətlə üzləşib


Iraq, polislər, Mosul, 22 fevral 2017

Iraqın şimalında, Mosulda hakimiyyət qüvvələri cihadçıların artan müqaviməti ilə üzləşirlər.

General Abdul Vahab as Saadi Associated Press-ə bildirib ki, İraq ordusu “çox yavaş” irəliləyir, cihadçılarca müqavimət imkanlarını artırırlar. Yüzlərlə dinc sakin döyüş zönasını tərk etməyə məcbur qalıb.

Generalın sözlərinə görə, dronların təqibindən mülki əhali az zərər çəksə də, onlarla əsgər yüngül yaralanıb.

Al-Saadi ümid edir ki, Mosulun cənub-qərbindəki ərazilər və infrastrukturlar ələ keçiriləndən sonra ordu daha sürətlə irəliləyəcək.

İraq ordusu yanvar ayında Mosulun azadlığı uğrunda döyüşlərə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG