Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

Atılmış QULAQ düşərgələri-fotolar


Atılmış QULAQ düşərgəsi
Atılmış QULAQ düşərgəsi

"Orada insanlar bir konveyerdə olduğu kimi ölürdülər"

Moskvadan olan bloger Pavel Ogorodnikov tərk edilmiş QULAQ düşərgələrini gəzib. QULAQ- İslah Əmək Düşərgələri Baş İdarəsi (rusca: Qlavnoe upravlenie ispravitelno-trudovix laqerey i kolonii) rəsmi adının qısa forması idi.

Bloger Kolımadakı​ həmin düşərgələrin bü günki vəziyyətini əks etdirən fotolar çəkib. Orada olduğu müddətdə o, yalnız bir nəfərə rast gəldiyini deyir.

"Mən orda yalnız bir nəfər jakuta rast gəldim. Özünə bir mənzil düzəldən həmin şəxs bir iki nəfərdən ibarət olan komandası ilə atılmış metalları doğrayaraq Maqadana daşıyıb satmaqla pul qazanır..."

Bloger Pavel Ogorodnikov
Bloger Pavel Ogorodnikov

Belə düşərgələrin yenidən yaradıla biləcəyi ehtimalları ilə bağlı suala bloger "indiki internet əsrində bu kimi düşərgələrin yaradılması mümkün deyil" deyə cavabını verib.

"İndiki internet dövründə istənilən məlumat bir göz qırpımında bütün dünyaya yayılır. Hətta cəhd olsa belə bir video ilə hər kəs hər şeyi bilir. Bu səbəbdən də fikirləşirəm ki, indi QULAQ kimi bir sistem qurmaq olmaz, olarsa belə bu dərhal hamıya bəlli olar".

QULAQ 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu idi. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılıb və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu.

Sinegorye qəsəbəsi indi
Sinegorye qəsəbəsi indi
Nə vaxtsa bu yerlərdə uşaqlar da olub, onların da oyuncaqları olub
Nə vaxtsa bu yerlərdə uşaqlar da olub, onların da oyuncaqları olub
Kolıma, uşaq yelləncəyi
Kolıma, uşaq yelləncəyi
Kolıma, Atka qəsəbəsi
Kolıma, Atka qəsəbəsi
Kolıma, Gənc texniklər stansiyası
Kolıma, Gənc texniklər stansiyası
Kolıma
Kolıma

Divarlara bərkidilmiş çarpayılar...

Kolıma, QULAQ düşərgəsinin yeganə "sakini"
Kolıma, QULAQ düşərgəsinin yeganə "sakini"
"Butugıçaqa" emal zavodu
"Butugıçaqa" emal zavodu
O vaxt bu tikanlı məftilləri keçmək mümkün deyildi
O vaxt bu tikanlı məftilləri keçmək mümkün deyildi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG