Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:18

Moskvadakı Çexiya səfirliyinə hücum olub


Polis hücum edənləri təqib edir
Polis hücum edənləri təqib edir

Moskvada bir neçə maskalı naməlum şəxs Çex Respublikasının səfirliyinə hücum edib.

Ötən həftə Praqanın hakimiyyət orqanları bu şəhərdə sovet marşalı Ivan Konevin heykəlini demontaj edib.

Aprelin 5-də hücum edənlər səfirliyin ərazisinə tüstü qumbaraları atıblar və missiyanın hasarına antifaşist plakatı yapışdırıblar.

Bu hücum üçün məsuliyyəti öz üzərinə, əsasən, 2007-ci ildə qadağan edilmiş Milli Bolşevik Partiyasının keçmiş üzvlərindən ibarət Başqa Rusiya adlı qruplaşma götürüb.

Qrup bildirib ki, onun bu hərəkəti aprelin 3-də Konevin Praqadakı heykəlinin sökülməsinə cavab aksiyasıdır.

Qrupun bəyanatında deyilir ki, “Bizim tanklarımız Praqada olacaq!”

Çexiya Xarici İşlər Nazirliyi bu hücumu “vandalizm” aktı, təşkilatı isə “ekstremist” adlandırıb:

"Çex Respublikası onun diplomatik missiyasının ərazisinə hücuma etiraz edir və xatırladır ki, missiyanın ərazisinin mühafizəsi ev sahibi olan ölkənin öhdəliyidir. Çexiyanın Moskvadakı səfirliyi bu xüsusda notanı Rusiya Xarici İşlər Nazirliyinə təqdim edib. Biz gözləyirik ki, Rusiya hakimiyyət orqanları gələcəkdə belə insidentlərin olmasına yol verməyəcək”.

II Dünya Müharibəsində Sovet İttifaqının marşalı olmuş Ivan Konevin bürünc heykəli Praqadakı parkların birindən aprelin 3-də götürülüb.

Konev 1945-ci ildə Praqaya daxil olmuş sovet qoşun birləşmələrinin komandanı idi.

Amma Konevə qədər yerli müqavimət qüvvələri artıq Praqanı almanlardan azad etmişdilər.

Lakin Ivan Konev həm də 1956-cı ildə Macarıstanda qalxmış antisovet üsyanını əzən və Berlin divarının tikintisində iştirak edən qoşunlara komandanlıq etmişdi.

Bəzi tarixçilər deyirlər ki, Konev həm də 1968-ci ildə Praqaya sovet qoşunlarının müdaxiləsini planlaşdıranlardan biri olub.

Rusiya Şərqi Avropanı nasist Almaniyasından azad etmiş marşal Konevi özünün milli qəhrəmanı hesab edir.

Amma bir çox çexlər bu heykələ Sovet qəsbkarlığının və hegemonluğunun simvolu kimi baxırdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG