Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:08

Moskvada Tacikistan prezidentinin gəlişinə etiraz etdilər


Plakatlardan biri
Plakatlardan biri

Rusiyada “Qrup 24” müxalifət hərəkatının üzvləri Tacikistan prezideti Emomali Rahmonun Moskvaya səfərinə qarşı etiraz aksiyası keçiriblər.

Kreml divarlarının yaxınlığında keçirilən aksiyanın iştirakçılarından biri deyib ki, “Tacikistanın bütün strukturlarında ədalət yox, korrupsiya var, xalq isə aclıq keçirir”.

“Hərarətli qəbul” adlı bu aksiyanın iştirakçısı Rakhmatulloi Mukhammed-in əlindəki plakatda “Emomali Rahmon Mərkəzi Assiyanın diktatorlarından biridir” yazılmışdı. Başqa bir plakatda isə Tacikistandakı siyasi məhbuslara azadlıq tələb edilirdi.

Bundan başqa Memorial insan haqları təşkialtının fəalı Bakhrom Khamroyev Qırmızı meydanda təkadamlıq aksiya keçirib.

Az sonra onu saxlayaraq Kitay-qoroddakı polis şöbəsinə aparıblar.

Bundan əvvəl tacik fəallar Rahmonun Praqaya və Sankt Peterburqa səfərlərinə qarşı həmin şəhərlərdə aksiya təşkil etmişdilər.

"Qrup 24” hərəkatını 2012-ci ildə Moskvada tacik iş adamı və müxalifətçi Umarali Quvatov yaradıb. O 2015-ci ildə İstanbulda qətlə yetirilib.

Hərəkat Tacikistan hökumətinin dəyişdirilməsini, ölkədəki siyasi məhbusların azad edilməsini, insan haqlarına ehtiram göstərilməsini və “Millətin öndəri” haqqında qanunun ləğvini tələb edir.

Tacikistan Ali Məhkəməsi “Qrup 24” hərəkatını ekstremist təşkilat elan edib. Bu hərəkat 2014-cü ildən Taciksitanda qadağan olunub.

Aprelin 17-də Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emomali Rahmonu qəbul edib.

Bu görüş zamanı bildirilib ki, iki ölkə arasında 2018-ci ildə mal dövriyyəsi 1 milyard dollar təşkil edib. Bu müddət ərzində Tacikistan iqtisadiyyatına yatırılan Rusiya investisiyaları 1, 6 milyard dollar artıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG