Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:22

Moskvada Putinə ‘oğru’ və ‘istefa’ deyən aksiya dağıdıldı


Puşkin meydanında aksiya

Moskvanın mərkəzində yüzlərlə insan prezident Vladimir Putinə 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verən konstitusiya dəyişikliklərinə etiraz edib.

İyulun 15-də Puşkin meydanında keçirilən aksiyada etirazçılar “Putinə istefa” və “Putin oğrudur” şüarlarını səsləndirirdilər.

AzadlıqRadiosunun Rus xidməti aksiyadan canlı yayın verirdi.

Aksiyanın keçirildiyi əraziyə çox sayda iğtişaş polisi yeridilmişdi.

Nümayişçilər konstitusiya dəyişikliklərinə etiraz petisiyasını rəsmən imzalamaq üçün gəlmişdilər.

Sözü gedən mürtəce dəyişikliklər iyunun 25-i ilə iyulun 1-i arasında keçirilən səsvermə ilə qəbul olunub.

Bir sıra ekspertlər səsvermənin kütləvi şəkildə saxtalaşdırıldığını bildirirlər.

Konstitusiyaya təklif edilmiş dəyişikliklərdən biri də Vladimir Putinin bundan əvvəlki prezidentlik müddətlərinin “sıfırlanmasına” və onun 2024-cü ildə təkrar prezident seçkisinə qatılmasına imkan verir.

Biz bundan sonra nəyisə dəyişə biləcəyikmi?”

“Nujna Pomoş” (Kömək Lazımdır) adlı QHT-də işləyən Katya Grishunina konstitusiya dəyişikliklərinə səsverməni 2014-cü ildə Krımın qanunsuz ilhaqını legitimləşdirmək cəhdi olan referendumla müqayisə edib:

"Mən səs verməmişəm. Bu səsvermə Krım referendumu kimi saxtalaşdırılıb. Seçkilər insanlara real dəyişiklik imkanı verməlidir. Mən bilmirəm, biz bundan sonra nəyisə dəyişə biləcəyikmi?”

Daha sonra polis tərəfindən sıxışdırlan etirazçılar meydana bitişik Tverskaya küçəsinə keçərək nizamsız yürüşə başlayıblar.

Burada Rosqvardiyanın və OMON-un əməkdaşları onlarca etirazçını saxlayıblar.

Şahidlər polisin olduqca sərt davrandığını bildirirlər. Saxlananlardan bir çoxunun müxtəlif dərəcəli xəsarətlər aldığı deyilir.

MBX Media saytı xəbər verir ki, etirazçıların başqa bir qrupu Bulvar dairəsi ilə yürüş edib. Onlar “Moskva, küçəyə çıx” deyə qışqırırdılar.

Fəallardan bir neçəsi Petrovsk bulvarında yerə uzanaraq bir müddət nəqliyyatın hərəkətini dayandırıb.

Bu da xəbər verilir ki, Moskva aksiyası ilə eyni vaxtda Rusiyanın ikinci böyük şəhəri Sankt Peterburqda Nevski prospektində və Malaya Sadovaya küçəsində yürüş keçirilib.

XS
SM
MD
LG