AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, aprelin 28-də axşam Moskvada “Həyat uğrunda” şüarı ilə ilk böyük internet mitinq keçirilib.
Bu da qeyd olunur ki, formatına görə online-mitinq canlı etiraz aksiyasına maksimum yaxınlaşdırılmışdı.
Mitinqin iştirakçıları bu tədbirə öz fotoları və virtual plakatları ilə qatılmışdılar.
Bir çox iştirakçılar dövlət başçısının Konstitusiyaya düzəliş təkliflərinə qarşı çıxış edir, özünütəcrid şəraitində necə yaşadıqlarından söhbət açırdılar.
Mitinqdən başlıca məqsəd Konstitusiya düzəlişlərinə “YOX” demək idi.
Çıxış edənlərin arasında siyasətçilər Mikhail Svetov, Dmitry Gudkov və Andrei Pivovarov, habelə iqtisadçı Sergei Gureev, “polis ombudsmeni” Vladimir Vorontsov, sahibkarlar Darya Zarykovskaya, Artyom Temirov, feminist Zalina Marshenkulova, deputatlar Lev Shlosberg, Maksim Reznik, jurnalist Maksim Shevchenko da vardı.
Onlar çıxışlarında hökuməti Konstitusiyaya qeyri-demokratik düzəlişlər etməkdənsə, xalqın qeydinə qalmağa çağırırdılar.
Mitinqi jurnalist İlya Azar və aktrisa Yulia Aug təşkil etmişdilər.
Mitiqin efirində Noize MC qurupunun “ev şəraitində” ifalarından bir neçəsi səsləndirilib.