Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Moskvada Beriyaya iki fiqur qoyulacaq


Lavrenti Beriya
Lavrenti Beriya

Rusiya dövlət korporasiyası – Rosatom Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) atom enerjisi pavilyonunda keçmiş SSRİ daxili işlər komissarı Lavrenti Beriyaya iki fiqur qoyacaq.

Fiqurların bədəni plastik şüşədən hazırlanacaq və buna görə də “vandaladözümlü” olacaq.

Bu barədə məlumatı “Açıq media” resursuna istinadən AzadlıqRadiosunun Rus xidməti verib.

Keçmiş NKVD başçısının fiqurları sovet atom layihəsinə həsr edilmiş pavilyonun sərgi salonunda yerləşdiriləcək.

"Vandaladözümlü"

Mümkün vandal hücumlarına dözümlü Beriyaların başları “fərdi qaydada” silikondan hazırlanacaq, onun göz almacıqları akrildən düzəldiləcək.

Dövlət sifarişçisinin istəyinə görə fiqurların saçı təbii olmalıdır.

Beriya fiqurları ilə birlikdə sərgi ümumilikdə 1.28 milyard rubla (14 milyon dollar) başa gələcək.

Bu pulun nə qədər hissəsinin keçmiş xalq komissarının fiqurlarına xərcləndiyi bildirilmir.

Beriyanın iki “xidməti”

Beriya sovet zəmanəsində Dövlət Müdafiə Komitəsi yanında Sovet İttifaqında atom silahının və atom energetikasının yaradılması üçün xüsusi komitəyə başçılıq edib.

Rosatomun nümayəndəsi “Açıq media” resursuna deyib ki, Beriyanın sayəsində “Sovet İttifaqı ən qısa mddətdə ABŞ-ın atom silahına monopoliyasına son qoyub”.

Dizayn-layihədə deyilir ki, Beriyanın fiqurları “ekspozisiya məkanında xüsusi atmosferin yaradılmasında mühüm rol oynayacaq”.

Beriya Stalinin qızı Svetlana ilə. Arxa planda Stalinin özü görünür. 1935
Beriya Stalinin qızı Svetlana ilə. Arxa planda Stalinin özü görünür. 1935

Amma tarixdə Lavrenti Beriya Sovet İttifaqında keçirilən repressiyalara, siyasi qətllərə və bütöv xalqların, o cümlədən rusların, almanların, qaraçayların, çeçenlərin, kalmıkların, litovların və başqalarının deportasiyasına görə birbaşa məsuliyyət daşıyır.

Beriya 1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-də hakimiyyətdaxili çarpışmanın gedişində edam edilib.

Onun barəsində həm də xeyli uydurma ittihamlar olmasına baxmayaraq Rusiya Ali Məhkəməsinin Hərbi Kollegiyası 2000-ci ildə Beriyaya siyasi repressiyalardakı roluna görə heç vaxt bəraət verilməməsi barəsində hökm çıxarıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG