Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 10:13

Ankara və Moskva Suriyada atəşkəs razılaşmasını təsdiqlədilər


Müdafiə naziri Hulusi Akar Suriya-Türkiyə sərhədində qoşunlara baş çəkərkən
Müdafiə naziri Hulusi Akar Suriya-Türkiyə sərhədində qoşunlara baş çəkərkən

Reuters agentliyi xəbər verir ki, Türkiyə və Rusiya Ankarada 4 gün davam edən danışıqların nəticəsində Suriyanın İdlib qəzasında atəşkəsə dair razılaşma əldə ediblər.

Martın 13-də Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Rusiya və Türkiyə hərbçilərinin bu bölgədəki magistral yolda birgə çəkəcəkləri patrul xidməti martın 14-dən başlanacaq.

Suriya münaqişəsində bir-birinə düşmən tərəfləri dəstəkləyən Türkiyə və Rusiya hələ martın 5-də İdlibdə atəşkəs rejiminin bərqərar edilməsi üçün razılığa gəlmişdilər.

Bu razılaşmaya qədər Moskva və Ankara arasında İdlibdə baş verənlərə görə gərginlik son həddinə çatmışdı.

Bəzi müşahidəçilər Türkiyə və Rusiya silahlı qüvvələrinin birbaşa toqquşması ola biləcəyini bildirirdilər.

Bu halda İdlibdən yeni qaçqlın dalğası başlana bilərdi.

Tutulan ərazilər Assadda qalacaq

Martın 13-də əldə edilmiş razılaşmaya görə Türkiyə və Rusiya İdlibdəki M4 şosse yoluna birgə nəzarət etməlidirlər.

Bu yol Suriyanın qərb və şərq regionlarını birləşdirir.

Bu da bildirilir ki, Rusiya və Türkiyə hərbçiləri magistralın hər iki tərəfində təhlükəsizlik dəhlizi yaradacaqlar.

Reuters bildirir ki, son razılaşma Rusiyanın köməyi ilə Assad qüvvələrinin son günlərdə tutduğu ərazilərin Dəməşqin nəzarətində qalacağını təsdiqləyir.

Lakin bununla yanaşı Türkiyə də özünün Suriya hökumət qoşunlarının nəzarəti altında olan ərazilərdəki postlarını saxlayacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG