Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Moskva Trump-ın Rusiya agenti ola biləcəyinə dair iddianı ‘axmaq və absurd’ adlandırır


Putin və Trump-ın görüşləri ABŞ mətbuatında tez-tez tənqid olunur
Putin və Trump-ın görüşləri ABŞ mətbuatında tez-tez tənqid olunur

Rusiyanın yüksək vəzifəli rəsmiləri yanvarın 16-da ABŞ prezidenti Donald Trump-ın Moskvanın maraqları üçün işləməsinə dair ehtimalları “absurd” və “axmaq” iddialar kimi rədd ediblər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov mətbuat konfransında deyib ki, Trump-ın Rusiya agenti olması ehtimalına dair ABŞ mediasında dərc olunmuş yazılar “jurnalistika standartlarının kəskin düşməsindən” xəbər verir.

Putinin xarici işlər üzrə müşaviri Yuri Ushakov da ABŞ mediasının iddialarına istehza edib. O bu barədə suala cavab verərkən deyib:

"Bu nə cəfəng sualdır verirsiniz? Belə axmaq bir şeyə kim şərh verə bilər? Söhbət elə bir səviyyəyə gəlib çatıb ki, bu barədə danışmaq belə mümkünsüzdür. Birləşmiş Ştatların prezidenti başqa bir ölkənin necə agenti ola bilər? Bir özünüz düşünün”.

Ushakov əlavə edib ki, Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti son dərəcə pisdir.

Yanvarın 14-də ABŞ prezidenti Donald Trump onun prezident Putinlə bağları barədə suallar yaradan xəbərlərə cavab olaraq deyib ki, “o heç vaxt Rusiyaya işləməyib”. Trump bu xəbərləri “yepyekə uydurma” adlandırıb.

Trump-ın Ağ Evdə jurnalistlərə açıqladığı şərhlərdən az əvvəl The Washington Post qəzeti yazmışdı ki, Trump özünün Putinlə söhbətlərinin “təfərrüatlarını açıqlamamaqla fövqəladə məsafədə uzağa gedib”.

The New York Times qəzetində dərc edilmiş başqa bir məqalədə deyilirdi ki, FTB 2017-ci ildə Trump-ın Rusiya maraqlarına işlədiyini araşdıran əks-kəşfiyyat təhqiqatı açıbmış. Məqalədə qeyd olunurdu ki, bu, Trump FTB-nin direktorunu vəzifəsindən azad etdikdən dərhal sonra baş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG