Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:15

Moskva Putin-Trump söhbətlərinin məxfi qalacağına ümid edir


Vladimir Putin (solda) və Donald Trump
Vladimir Putin (solda) və Donald Trump

ABŞ prezidenti ilə Ukrayna lideri Volodymyr Zelenskiy arasında telefon danışığından doğan qalmaqalın Vaşinqtonu bürüdüyü bir vaxtda Kreml bildirib ki, Moskva Rusiya prezidenti Vladimir Putinlə onun amerikalı həmkarı Donald Trump arasında söhbətlərin məxfi qalacağını gözləyir.

Kremlin sözçüsü Dmitry Peskov sentyabrın 27-də müxbirlərə deyib ki, Trump-Zelenskiy telefon söhbətinin mətninin dərc olunması “qeyri-adi” hadisədir və normal diplomatiya belə danışıqların məxfi saxlanmasını tələb edir:

"Bir qayda olaraq dövlət başçıları arasında danışıqlar məxfi və ya tamamilə məxfidir. Bu, bütün dünyada qəbul edilmiş standart normadır və adətən, əlbəttə danışıqların mətni dərc olunmur”.

Trump və Zelenskiy arasında iyulun 25-də yer almış telefon söhbətinin mətni Ağ Ev tərəfindən açıqlanıb. Peskov ümid etdiyini bildirib ki, Trump-ın prezident Putinlə telefon söhbətləri barəsində belə hərəkət edilməyəcək:

"Əlbəttə ümid etmək istərdik ki, bizim onsuz artıq kifayət qədər ciddi problemləri olan ikitərəfli münasibətlərimizlə bağlı belə situasiya yaranmayacaq”.

Trump sözü gedən telefon söhbətində Ukrayna prezidenti Zelenskiy-dən keçmiş vise-prezident Joe Biden və onun oğlunun təhqiq edilməsini xahiş edib.

Söhbətin məhz bu məqamına görə Nümayəndələr Palatasında prezident Trump-a qarşı impiçment araşdırmasına başlanıb.

Demokratlar israr edirlər ki, Trump özünün təkrar seçilə bilməsi məqsədilə onun 2020-ci il prezident seçkisində potensial rəqibi olacaq keçmiş vise-prezidnet Joe Biden barədə cinayət təhqiqatına başlanması üçün Zelenskiy-ə təzyiq göstərib.

Bu telefon danışığının xülasəsi dərc olunduqdan sonra, Zelenskiy-ə təzyiq göstərdiyini danan Trump bu məsələnin araşdırılmasını “cəfəngiyyat” və “süni yaradılmış böhran” adlandırıb.

Peskov bunu da deyib ki, bu telefon danışığı ətrafında yaranmış qalmaqal “ABŞ-ın sırf daxili məsələsidir” və Moskvanın bu məsələyə “qarışmaq planları yoxdur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG