Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Moskva Tacikistan və Qırğızıstana da vasitəçiliyini təklif edir


Qırğızıstan prezidenti Sooronbai Jeenbekov sərhəd zastavasında
Qırğızıstan prezidenti Sooronbai Jeenbekov sərhəd zastavasında

Tacikistanın Sərhəd Keşiyi Müdirliyi Qırğızıstanı sərhədin mübahisəli sektorunda “stabilliyi pozmaq cəhdində” ittiham edib.

Bu bəyanatdan əvvəl iki Mərkəzi Asiya ölkəsi arasında sərhəd toqquşmaları baş vermişdi.

Tacikistanın mayın 27-də verdiyi bəyanatda deyilir ki, bir qırğız kişinin 25 yaşlı tacik qadını odlu silahla yaralaması Qırğızıstanın “növbəti təxribatı” sayılmalıdır.

Qadının hazırda xəstəxanada olduğu bildirilir:

"Biz bunun sərhəd boyunca vəziyyətin əvvəlcədən düşünülmüş şəkildə gərginləşdirilməsinə yönəlik təxribat olduğunu bildirir və insidenti bu həssas bölgədəki Tacikistan sakinlərinin toqquşmalara cəlb edilməsi cəhdi kimi qiymətləndiririk”.

Qırğızıstan Sərhəd Keşiyi Xidməti AzadlıqRadiosuna bildirib ki, Tacikistan tərəfinin bu atışma barədə iddiaları araşdırılır.

Bundan bir neçə gün əvvəl, mayın 24-də Tacikistan rəsmiləri bildirmişdilər ki, iki ölkənin sərhədçiləri arasında atışma zamanı bir tacik kişi güllə yarası alıb.

Mayın 8-də Qırğızıstan tərəfi bəyan etmişdi ki, ölkənin cənubunda Tacikistanla həmsərhəd Batken rayonunda baş vermiş atışmada üç qırğız sərhədçi yaralanıb.

Onların xəstəxanada olduqları xəbər verilir.

Həmin vaxt Tacikistan hakimiyyət orqanları iki tacik vətəndaşının da yaralandığını demişdi.

Daimi gərginlik ocağı

Tacikistan-Qırğızıstan sərhədində vəziyyət artıq bir neçə ildir ki, gərgindir və iki ölkənin rəhbərliyi buna görə qarşı tərəfi ittiham edir.

Tacikistan-Qırğızıstan sərhədindəki vəziyyət mayın 26-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videobağlantı ilə keçirilən iclasında da müzakirə olunub.

Rusiyanın nəzarəti altında olan KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzvdürlər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov sözü gedən iclasdan sonra demişdi ki, onun ölkəsi Tacikistanı və Qırğızıstanı bu məsələni dinc yolla həll etməyə çağırıb və Moskvanın vasitəçiliyini təklif edib.

Keçmiş sovet Orta Asiyasının beş ölkəsi arasında sərhədlər, xüsusən də dağlıq bölgələrdə qatmaqarışıqdır və burada çoxsaylı qarşıdurmalar baş verir.

Ötən iyul ayında Tacikistan-Qırğızıstan sərhədində gərginliyin artması ilə bağlı prezidentlər Emomali Rahmon Sooronbai JeenbekovTacikistanın İsfara və Qırğızıstanın Çolpon-Ata sərhəd şəhərlərində görüşərək vəziyyəti müzakirə etmişdilər.

Buna baxmayaraq iki ölkə arasında sərhəd boyunca gərginlik azalmaq bilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG