Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Moskva sanksiyaların müddətinin uzadılmasından 'məyusdur'


Dmitri Peskov
Dmitri Peskov

Moskva dekabrın 15-də bəyan edib ki, Avropa İttifaqı liderlərinin Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq barədə qərarından “məyusluq” keçirir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “biz bu qərarların nə Avropa İttifaqına üzv olan ölkələr, nə də Rusiya Federasiyası üçün mənfəətli olmadığına inanırıq”.

Sözçü bildirib ki, Rusiya sanksiyaları əvvəllər də olduğu kimi qanunsuz və ədalətsiz sayır.

Dmitri Peskov bununla yanaşı bildirib: “Buna baxmayaraq biz əlbəttə ki, hələ də Brüssellə münasibətlərin yaxşılaşmasını istəyirik. Hazırda bu münasibətlər qibtəolunacaq deyil”.

Bundan əvvəl Avropa İttifaqı ölkələrinin liderləri Rusiya üzərinə Moskvanın Ukraynadakı təcavüzkar hərəkətlərinə görə qoyulmuş iqtisadi sanksiyaları daha 6 müddətinə uzatmaq barədə razılığa gəliblər.

Dekabrın 14-də qəbul edilmiş qərar Moskvaya qarşı sanksiyaların 2018-ci ilin iyuluna qədər uzadılmasını nəzərdə tutur.

Əsas etibarilə Rusiyanın bank və enerji sektorlarını hədəfləyən sanksiyalar ilk dəfə 2014-cü ilin yayında elan edilib və o vaxtdan bəri hər dəfə 6 ay müddətinə uzadılır.

Avropa İttifaqı Birləşmiş Ştatlarla yanaşı sanksiyaları Rusiyanın Krımı ilhaqına və Moskvanın Ukraynanın şərqindəki separatçılara dəstək verməsinə cavab olaraq qoyublar.

Aİ diplomatları dekabrın 8-də anonim şəkildə AzadlıqRadiosuna demişdilər ki, Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel Avropa sammitində ölkə başçılarına Rusiya sanksiyalarının müddətinin uzadılmasını tövsiyə edəcəklər.

Ukrayna prezidenti Petro Poroşenko Avropöa İttifaqının sanksiyaları uzatmaq qərarını alqışlayıb.

Poroşenko özünün Facebook səhifəsində yazıb ki, bu, Ukraynanın ərazi bütövlüyünü pozmaqda və ona qarşı hibrid müharibəsi aparmaqda davam edən Rusiyaya münasibətdə çox mühüm qərardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG