Keçid linkləri

Təcili xəbərlər
2022, 07 Oktyabr, Cümə, Bakı vaxtı 10:50

Moskvada qırğızlarla taciklər arasında kütləvi dava-dalaş olub


Mərkəzi Asiya miqrantları Miqrasiya Mərkəzinin yaxınlığında (Arxiv fotosu)

Moskva polisi paytaxtın cənubundakı Kuzminki rayonunda kütləvi toqquşmaların ardınca Mərkəzi Asiyadan olan 100-dək əməkçi miqrantı saxlayıb.

Qırğızıstan Xarici İşlər Nazlirliyinin Moskvadakı nümayəndəsi Nurlan Cabayev iyulun 13-də AzadlıqRadiosuna deyib ki, saxlananların 70-dən çoxu Qırğızıstan vətəndaşıdır.

O əlavə edib ki, toqquşmalar gecə saatlarında baş verib.

Cabayev bildirib ki, qırğız və tacik miqrantlar arasında dava-dalaşa səbəb bundan əvvəl iyulun 9-da baş vermiş və bir qırğızın bıçaqlanaraq xəstəxanaya düşməsi ilə nəticələnmiş toqquşma olub.

Rusiya mediası iyulun 13-də xəbər verib ki, qırğız və tacik əməkçi miqrantlar arasında daha bir dava iki gün əvvəl Moskva yaxınlığındakı Ximki şəhərində baş verib.

Bu davada iki qırğız bıçaqlandıqdan sonra xəstəxanaya aparılıb.

Moskvadan uzaqda başlanan qarşıdurma

Moskvadakı qırğız diasporasının rəhbəri Elmira Eşanova iyulun 11-də Ximkidə iki qırğızın bıçaqlanmasını təsdiq edib.

"Bu vəziyyət aradam qaldırılmalıdır. İki ölkənin vətəndaşları arasında qarşıdurma daha böyük münaqişəyə çevrilmədən dayandırılmalıdır”.

Bundan əvvəl may ayında qırğız və taciklər arasında dava-dalaş Moskvanın cənubundakı kafedə baş vermiş, 6 nəfər xəstəxanaya aparılmış və 9 nəfər həbs olunmuşdu.

AzadlıqRadiosu yazır ki, Rusiyada tacik və qırğız miqrantlar arasında toqquşmalar aprel ayında Qırğızıstan-Tacikistan sərhədi boyunca hərbi qarşıdurmadan sonra başlanıb.

Həmin sərhəd insidenti zamanı hər iki tərəfdən atəş açılmışç və ölənlər olmuşdu.

Qırğızıstan sərhəd toqquşmasında 36, Tacikistan isə 19 vətəndaşını itirdiyini bildirirdi.

Hazırda Rusiyada 750 min qırğız, 1 milyonadək tacik əməkçi miqrantının olduğu təxmin edilir.

Moskvada Özbəklərlə Qırğızlar arasında kütləvi dava olub

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, metronun “Kuzminki” stansiyası ətrafında baş verən davada bir neçə nəfər bıçaqlanaraq xəstəxanaya düşüb.

Müxtəlif məlumatlara görə əmək miqrantları arasında baş verən davada 50-dən 200-dək adam iştirak edib.

TASS və “İnterfaks”ın məlumatına görə azı 20 nəfər saxlanıb.Moskva polisi həbsləri təsdiqləsə də onların sayı barədə məlumat verməyib.

“İterfaks”a verilən məlumata görə dava “şəxsi düşmənçilik” zəmnində baş verib və bundan sonra hər iki tərəfdən xeyli adam toplaşdığına görə kütləvi xarakter alıb.

Sosial şəbəkələrdə bunun videosu da yayılıb.

XS
SM
MD
LG