Keçid linkləri

2024, 15 İyul, Bazar ertəsi, Bakı vaxtı 03:11

Moskvanın mərkəzində zenit-raket qurğuları peyda olub?


Pantsir-S1 hava hücumundan müdafiə qurğusu (Arxiv fotosu)
Pantsir-S1 hava hücumundan müdafiə qurğusu (Arxiv fotosu)

Moskvanın mərkəzində, Teterinsk döngəsindəki ofis binasının damında zenit-raket qurğusu müşahidə edilir.

Soslai media istifadəçiləri bunun Pantsir-S1 zenit-raket qurğusu olduğunu yazırlar.

Rusiya və ya Moskva hakimiyyətinin rəsmiləri bu xəbərlərlə bağlı hələki açıqlama verməyiblər.

Bəzi istifadəçilər və teleqram-kanal müəllifləri ehtimal edirlər ki, Pantsir qurğusu Ukrayna tərəfindən mümkün dron hücumuna hazırlıq görülməsini göstərir.

Bundan əvvəl zenit-raket batareyasının Losinı adasında yerləşdirildiyi xəbər verilmişdi.

Bundan başqa sosial media şəbəkələrində Moskvada, Frunze şosesində yerləşən Müdafiə Nazirliyinin damında da zenit-raket qurğusunun yerləşdirildiyini göstərən fotolar yayılmışdı.

Bu fotoların həqiqiliyi hələki müstəqil mənbə tərəfindən təsdiq olunmayıb.

S-400 divizionu?

Pantsir S1 zenit-raket sistemindən müəyyən hərbi, inzibati və sənaye obyektlərinin hava hücumundan – raket, dron, helikopter və təyyarə həmləsindən qorunması üçün istifadə edilir.

Bundan əvvəl Fokus saytı xəbər vermişdi ki, Moskvada S-400 raket sisteminin divizionu yerləşdirilib.

Bir diviziona adətən bir neçə batareya, batareyaya isə bir neçə artilleriya qurğusu daxil olur.

Rusiya rəsmiləri bu xəbərə də reaksiya verməyiblər.

XS
SM
MD
LG