Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 19:33

Moskvada 600-Ə yaxın aksiyaçı saxlanıb (Video)


Moskvada polis aksiyaçı və mediya işçisini saxlayır, 3 avqust ,2019
Moskvada polis aksiyaçı və mediya işçisini saxlayır, 3 avqust ,2019

Moskvada 600-ə yaxın aksiyaçı saxlanıb.

Bu barədə hüquq-müdafiə portal olan “OVD-İnfo” məlumat verir.

AzadlıqRadiosunun müxbirinin birbaşa hadisə yerindən verdiyi məlumata görə, ən çox saxlananlar Puşkinsk və Trubnoy meydanlarında qeydə alınıb.

--

Moskvanın mərkəzində onlarla müxalifət tərəfdarı saxlanıb.

Aksiyaçılar, müstəqil namizədlərin Moskva şəhər dumasına seçkilərə buraxılmamasına etiraz edirlər.

Polis və təhlükəsizlik qüvvələri avqustun 3-də aksiyaçıları Puşkinsk və Trubnoy meydanından sıxışdıraraq çıxarıblar.

Moskvada 600-ə yaxın aksiyaçı saxlanıb
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

AzadlıqRadiosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Puşkinin heykəli ətrafına 30-dan çox adam yığışıb.

Məlumata görə saxlananların arasında jurnalistlər də var.

Trubnoy meydanına isə 100-dən çox adam toplaşıb. Bir qədər sonra həmin ərazidə ondan çox aksiyaçı saxlanıb.

Bir neçə nəfəri isə sənədləri yoxlayarkən saxlayıblar.

Bugünkü aksiya “bulvarda gəzinti” şüarı altında keçirilir.

--

Rusiya müxalifəti avqustun 3-də Moskvada icazəsiz etiraz aksiyasına çıxıb.

Aksiyaçılar, müstəqil namizədlərin Moskva şəhər duması uğrunda seçkilərə buraxılmamasına etiraz edirlər.

Trubnoy meydanına 100-dən çox adam toplaşıb, polis onlara mane olur,ərazidən çıxmalarını tələb edir.

Artıq bir neçə nəfərin saxlandığı bildirilir.

Polislər bundan əvvəl Korrupsiya ilə mübarizə fondunun hüquqşunası Lyubov Sobolu saxlayıblar.

Bu barədə, hadisə yerindən canlı yayım edən AzadlıqRadiosunun “Nastoyaşee Vremya” televiziya proqramı xəbər verir.

Sobol taksiyə oturub mitinqə getmək istəyərkən polislər onu ikroavtobusa basaraq aparıblar.

Bundan əvvəl onun qərərgahının ətrafına 1 polis əməkdaşı qoyulubmuş.

Sobol 20 gündən çoxdur ki, aclıq edir.

O, 27 iyul aksiyası zamanı həbs olunmayan müstəqil namizədlərdən biri idi.

--

Moskvanın mərkəzindəki bir neçə bulvar və küçədə Daxili işlər nazirliyi və Qvardiya qüvvələrinə məxsus avtobuslar peyda olub.

Qeyd edək ki, Rusiya müxalifəti avqustun 3-də Moskvada icazəsiz etiraz aksiyasına çıxmağı planlaşdırır.

Aksiyaçılar müstəqil namizədlərin Moskva Duması uğrunda seçkilərə buraxılmasını tələb edirlər.

Prokurorluq isə belə bir aksiyanı qanunsuz sayır.

Şəhər Meriyası da bundan əvvəl, avqustun 3-də belə bir mitinq keçirilməsinə icazə verməyib.

Rusiya hakimiyyəti bir həftə əvvəl Moskvada eyni təlblə keçirilən etiraz nümayişini kütləvi hərc-mərclik kimi qiymətləndirib.

Həmin aksiyalar zamanı mindən çox adam saxlanıb, polis və xüsusi təyinatlı qüvvələr aksiyaılara qarşı güc tətbiq edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG