Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

Müxalifətin Moskva mitinqinə qadağan qoyuldu


İlya Yaşin
İlya Yaşin

Moskva məhkəməsi müxalifət siyasətçisi İlya Yaşinin dekabrın 24-də Rusiya paytaxtında keçirilməsi planlaşdırılan mitinqinə qadağan qoyub.

Moskvanın Krasnoselski bələdiyyəsinin başçısı Yaşin bundan əvvəl elan etmişdi ki, o Lermontov bağında “Azad Seçki Günü” adlı aksiya keçirəcək və millət vəkillərinin aksiya keçirmək üçün hakimiyyət orqanlarından icazə alması məcburi deyil.

Yaşin dekabrın 20-də yazıb: “Məhkəmə çox cəld hərəkət edib. İddia dünən qaldırılıb və bu gün artıq onun əsasında ildırım sürətli qərar qəbul olunub. Mən bu qərarı siyasi motivli və qanunsuz hesab edirəm”.

Lakin müxalifətçi elan edib ki, aksiya keçirləcək və ona hazırlıq davam edir.

Yaşin hesab edir ki, məhkəmə Moskva şəhər hakimiyyətinin təzyiqinə məruz qalıb.

Bu arada antikorrupsiya fəalı və müxalifət lideri Aleksey Navalnının tərəfdarları da dekabrın 24-də, Moskva da daxil Rusiyanın 20 şəhərində mitinqlər keçirməyi planlaşdırırlar.

Navalny özünün prezident seçkisi kampaniyasına 2016-cı ilin dekabrından başlasa da, rəsmilər onun 2018-ci il seçkisinə buraxılmayacağını bildirirlər. Onlar deyirlər ki, Navalnının üstündə maliyyə cinayətləri ilə bağlı məhkumluq var. Navalnı bu ittihamları “siyasi motivli” adlandırır və rədd edir. Onun tərəfdarları dekabrın 24-də Moksva da daxil Rusiyanın 24 şəhərində mitinqlərin keçirilməsini planlaşdırıblar.

Putin prezident seçkisinə qatılacağına dair qərarını dekabrın 6-da elan edib. Onun populyarlıq reytinqinin yüksəkliyi və hakimiyyətinin möhkəmliyi bu seçkidə də qalib gələcəyini göstərir. Hökumətin tənqidçiləri seçki kampaniyalarının və nəticələrinin hakimiyyət tərəfindən manipulyasiya edildiyini deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG