Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 21:24

Moskva Moldovadakı siyasi böhrana müdaxilə edir


Hakim partiyanın tərəfdarları hökumət binasının qarşısında

Moldovada hər biri öz legitimliyini elan etmiş iki rəqib hökumət iyunun 10-da ayrı-ayrı iclaslar keçirib.

Rusiya bu iki hökumətdən birinin – moskvayönlü Sosialist Partiyasının avropayönlü partiyalardan biri ilə koalsiyasını dəstəklədiyini bildirir.

Ölkənin Konstitusiya Məhkəməsi iyunun 9-da sosialistlərin keçmiş başçısı, moskvayönlü Igor Dodonun prezidentliyi ləğv edib.

Baş nazir Pavel Filip keçid prezdenti olub və dərhal da parlamenti buraxaraq sentyabr ayına növbədənkənar parlament seçkisi çağırıb.

Konstitusiya Məhkəməsinin bu barədə qərar çıxarmasına sosialistlərin və avropayönlü ACUM blokunun gözlənilmədən müttəfiqlik elan etməsi və Filipin hakim Demokratik Partiyasının hökumətinə son qoymaq niyyətini elan etməsi olub.

"Yeni baş nazir" Maia Sandu (ortada) iyunun 10-da iclas keçirir
"Yeni baş nazir" Maia Sandu (ortada) iyunun 10-da iclas keçirir

Demokratik Partiyaya ziddiyyətli maqnat Vladimir Plahotniuc rəhbərlik edir.

Konstitusiya Məhkəməsi fevral ayında keçirilmiş parlament seçkisi aydın nəticə verməyəndə və qərarsız bir parlament yaranandıqdan sonra iyunun 7-də parlamentin buraxılması barədə qərar qəbul etmişdi.

Lakin iyunun 8-də parlamentdə keçirilən fövqəladə sessiyada Dodonun Sosialist Partiyasının və ACUM kimi tanınan avropameylli blokun liderləri yeni alyans yaratdıqlarını elan ediblər.

Bu alyans Konstitusiya Məhkəməsini Konstitusiyanı təhrif etməkdə və bundan əvvəlki seçkinin nəticələrini qanunda nəzərdə tutulduğu kimi üç aydan sonra yox, 90 gündən sonra ləğv etməkdə günahlandırıb.

Birlikdə parlamentdəki 101 yerdən 61-nə nəzarət edən yeni alyans Maia Sandunun başçılığı altında yeni hökumətin təşkili barədə qərar qəbul edib. Sandu ACUM liderlərindən biridir.

Lakin Məhkəmə bu razılaşmanı nəzərə almayıb, Dodonun prezidentliyini ləğv edib və Filipi keçid prezidenti adlandırıb.

Filip növbədənkənar seçkinin sentyabrın 6-da keçiriləcəyini deyib və bildirib ki, Dodon parlamanentin buraxılması barədə qərarı imzalamaqdan imtina etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Vladimir Plahotniuc
Vladimir Plahotniuc

Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000-dək qoşun saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 10-da “yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib.

Halbuki ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı.

Qonşu Rumıniyanın prezidenti Klaus Iohannis “bütün siyasi qüvvələri məsuliyyətli dialoqa” çağırıb.

Lakin Rumıniyanın xarici işlər naziri Teodor Melescanu iyunun 10-da deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir.

Bununla da Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib.

Filipin nazirləri iyunun 10-da hökumət binasına toplaşıblar və bina polis və hakim partiyanın ayrı-ayrı rayonlardan avtobuslarda gətirdiyi 10 min tərəfdarı tərəfindən dövrəyə alınıb.

Yeni alyanssın rəhbəri xanım Sandu deyib ki, bu siyasi böhran oliqarx Plahotniuc bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək.

Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub.

Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər.

Vladimir Putin və Igor Dodon Sankt Peterburqda (foto arxivdəndir)
Vladimir Putin və Igor Dodon Sankt Peterburqda (foto arxivdəndir)

Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir.

Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plahotniuc-un birbaşa iştirakı olub.

Hakim partiyanın tərəfdarları nazirlik və hökumət binalarının qarşında çadır qurublar. Onlar prezident Dodonu “satqın” adlandırıblar və deyiblər ki, Dodonun “beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG