Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:51

Rusiyada miqrantlara münasibət dəyişməyə başlayıb [video]


Rusiya hansı azərbaycanlıları deportasiya etməyə başlayıb?
Gözlə

No media source currently available

0:00 0:14:23 0:00

Rusiya hansı azərbaycanlıları deportasiya etməyə başlayıb? [A-Live]

İki gün əvvəl, oktyabrın 25-də Moskva meri Sergey Sobyanin deyib ki, meriya şəhərdə miqrant olmasını istəməzdi, bütün iş yerləri yerlilərin özünə qalmasını arzulayardı.

Bu haqda “Exo Moskvi” xəbər verir. Amma sonra Sobyanin əlavə edib ki, paytaxtda iş yeri o qədər çoxdur ki, moskvalılar istəsələr də, bütün yerləri doldura bilməzlər.

Moskvada yaşayan azərbaycanlı jurnalist Tünzalə Vəliqızı deyir ki, Sobyaninin çıxışı sadəcə bəyanat deyil, Rusiya paytaxtında və iri şəhərlərində miqrantlara münasibət dəyişməyə başlayıb. Miqrantların, o cümlədən azərbaycanlıların deportasiya halları artıb. Onun sözlərinə görə, əsasən qanunsuz miqrantlar deportasiya olunur, amma bəzən qanuni miqrantların da Azərbaycana geri göndərilməsi baş verir:

Sergey Sobyanin
Sergey Sobyanin

Qanuni şəkildə insanlar patent ödəyir, amma onu deportasiya edirlər. Bu da Rusiyada keçiriləcək Futbol üzrə dünya çempionatı ilə bağlıdır. Amma məncə, bu tam da çempionatla bağlı deyil, Sobyanin də deyib ki, miqrantların sayı çoxdur, onların sayını azaltmaq lazımdır.

Buna da bax:​ Levada Mərkəzi: 'Rusiyanın hər 3 sakinindən biri qafqazlıları istəmir'

Rusiyada Futbol üzrə Dünya Çempionatı 2018-ci ilin iyun-iyul aylarında keçiriləcək. Prezident Putinin fərmanına görə, təhlükəsizlik məqsədilə, müəyyən vaxtlarda iri şəhərlərdə sakinlərin qeydiyyatı həyata keçirilməlidir. Bu qayda vətəndaşlara da aiddir. Şəhərə daxil olan 24 saat ərzində qeydiyyata düşməlidir.

Tünzalə Vəliqızı deyir ki, çempionatla bağlı deportasiyanın həyata keçirilməsi barədə hansısa rəsmi sənəd yoxdur.

AzadlıqRadiosu-nun özbək xidmətinin məlumatına görə, özbək miqrantlarla bağlı da bənzər vəziyyət yaşanır, onlara qarşı nəzarət güclənib.

Buna da bax:​ Miqrasiya 1000 avrodan başlanır

Azərbaycan vətəndaşı İlham Oruclu bir aydır ki, Bryanski vilayətində, miqrasiya idarəsində saxlanılır, inanır ki, onu məhz Futbol çempionatına görə burda saxlayırlar. Özü Bildirir ki, Rusiyada, icazə verilən müddətdən artıq, yəni, üç aydan artıq qaldığı üçün saxlayıblar, artıq bir aydır ki, miqrasiya idarəsində, başqa miqrantlarla bir yerdə qalır. Bildirir ki, idarədə ona deyiblər ki, evə yalnız təyyarə ilə gedə bilər, təyyarə biletinə isə pulu yoxdur, köməyi dövlətdən, Azərbaycanın Rusiyadakı səfirliyindən istəyir:

"Konkret deyir ki, pulun yoxdursa, qal burda. Pulum yoxdursa, deməli, bir il burda qalmalıyam?! Deyir öz konsulluğunuzda pul yoxdur. Necə yəni, Azərbaycanın o qədər nefti var, 5500 rubl ödəyə bilmir vətəndaşına".

Azərbaycanın Rusiyadakı səfirliyinin İlham Orucludan xəbəri varmı? Miqrantı hansı əsaslarla saxlayıblar, bunu gün ərzində aydınlaşdıra bilmədik, səfirlikdən telefon zənglərimizə cavab verən olmadı.

Buna da bax:​ Miqrantlar taksi sürə bilməyəcək

Rusiyada qanuni miqrantlar isə arta bilər. Belə ki, mer Sobyanin qanuni miqrantlar üçün patenti artırmaq lazım olduğunu deyib.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, Rusiyada azərbaycanlı miqrantlara münasibət necədir?

Milli Məclisin Beynəlxalq Əlaqələr komitəsinin üzvü Rasim Musabəyov AzadlıqRadiosu-na deyib ki, deyilənlərdən xəbəri yoxdur, əgər bir- iki belə hal baş verirsə, bunu Rusiya Azərbaycan münasibətlərinin pisləşməsi və ya miqrantlara işləmək üçün şərait yaradılmaması kimi izah etmək doğru olmazdı.

Rasim Musabəyov
Rasim Musabəyov

Jurnalist Tünzalə Vəliqızı deyir ki, bütün miqrantlara nəzarət güclənib, azərbaycanlılara hansısa pis münasibət yoxdur.

İqtisadi şərhçi, müxalif ReAl Hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, bütün hallarda Rusiyadan ölkəyə güclü miqrant axını gözləmir:

Buna da bax:​ Rusiyadan göndərilən pullar 20% azalıb [video]

Əsas problemlər Moskvada yaşanır. Orda yaşayanlar heç bir halda geri qayıtmaq istəmirlər. Kütləvi olmayacaq. Amma bir neçə min miqrantın geri qayıdıb, işsizlik ordusuna əlavə olacaqlar.

Sovet hökuməti dağılandan sonra, milli iqtisadiyyat çökdü, azərbaycanlılar kütləvi şəkildə Rusiyaya axışdı. Onların əksəriyyəti neft bumundan sonra nisbətən dirçəlmiş ölkəyə də qayıtmadılar. İndi qeyri-rəsmi məlumata görə, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG