Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Moskva meriyası 31 avqust aksiyasına icazə verməyib


Moskvada 27 iyul aksiyasında

Moskva Dumasına qarşıdan gələn seçkidə müxalifətin qeydiyyata alınmamış namizədlərindən biri deyib ki, paytaxt meriyası avqustun 31-də keçirilməli olan etiraz aksiyasına icazə verməyib.

Lyubov Sobol avqustun 22-də deyib ki, fəallar “siyasi repressiyalara qarşı etiraz aksiyasının keçirilməsi üçün üç məkan təklif etmişdilər. Lakin bu müraciətlərin hamısı rədd edilib.

Müxalifətçi rədd məktublarını sosial mediada dərc edib. Mətnləri bir-birinə bənzəyən məktublarda deyilir ki, sözü gedən məkanlarda aksiyanın keçirilməsi nəqliyyatın və ictimai infrastrukturun işini poza bilər.

Sobol deyib ki, hakimiyyət orqanları qanuna zidd olaraq aksiya üçün aletrnativ yer təklif etməyib.

Xanım Sobol şəhər bələdiyyəsini “təxribatdan və moskvalılara hörmətsizlikdən əl çəkməyə və onlarınsərbəst toplaşma və ifadə azadlıqlarını təmin etməyə” çağırıb.

Moskvada həftəlik etiraz aksiyaları bir aydan çoxdur ki, davam edir.

“Armeniya” restoranı

Kremlin tənqidçisi Aleksei Navalny-nın başçılıq etdiyi Antikorrupsiya Fondunun vəkili Lyubov Sobol və bir çox başqa müxalif və müstəqillərin Moskva Dumasına seçki üçün namizədlikləri qeydə alınmayıb.

Polis “kütləvi iğtişaş” adlandırdığı aksiyaları aşırı zorakılıqla dağıdıb və 2000-dək etirazçı saxlanıb.

Moskva Dumasına seçkilər sentyabrın 8-də keçiriləcək.

Fəallar icazəsiz aksiyalar haqqında qanunlardan yan keçmək üçün Moskvada bir neçə yerdə bir adamlıq piketlər təşkil etmişdilər.

Rusiya prezidenti Vladimir Putin kütləvi etirazlarıın əhəmiyyətini kiçiltmək məqsədilə onları “seçkiqabağı gərginliyin bir hissəsi” adlandırıb.

Bu arada AzadlıqRaiosunun Rus xidməti bildirir ki, Moskva metropoliteni Aleksey Navalny və namizədlikləri qeydə alınmamış başqalarına qarşı məhkəmə iddiası qaldırıb.

Bu da xəbər verilir ki, “dəymiş ziyanın ödənilməsi üçün” müxalifətçilərə qarşı məhkəməyə şikayət edən təşkilatların arasında M.Taksi Kommunikasiyaları şirkəti və Moskvadakı “Armeniya” restoranı da var.

Restoran iddia edir ki, iyulun 27-də keçirilmiş mitinqə görə bağlı olub və buna görə də 550 min rubl ziyana düşüb.

Lakin məhkəmələr bu iddialar üzrə işlərə baxılmasını sentyabrın 30-dan sonraya saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG