Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Moskvada maskaya görə iki nəfər güllələnib


Moskvadakı çoxfunksiyalı mərkəzlərdən birində (illüstrativ foto)
Moskvadakı çoxfunksiyalı mərkəzlərdən birində (illüstrativ foto)

TASS-ın xəbər mənbəyi bildirib ki, hadisəyə səbəb mühafizəçinin mərkəzə gələnlərin birindən maska taxmasını tələb etməsi olub

Moskvanın cənub-şərqindəki Ryazanski çoxfunksiyalı mərkəzində bir nəfərin atəş açdığı xəbər verilir.

Bu barədə məlumatı Interfax və TASS xəbər agentlikləri yayıblar.

TASS-ın xəbər mənbəyi bildirib ki, hadisəyə səbəb mühafizəçinin mərkəzə gələnlərin birindən maska taxmasını tələb etməsi olub.

Həmin şəxs bu tələbə cavab olaraq silahını çıxarıb və atəş açmağa başlayıb.

Moskva şəhərinin vitse-meri Anastasiya Rakova deyib ki, hadisədə 2 nəfər həlak olub, 10 yaşlı qız uşağı da daxil 4 nəfər xəsarət alıb.

İki qadın və bir kişi Sklifosovski adına institutun klinikasına, uşaq isə Morozov xəstəxanasına yerləşdirilib.

Hadisə barədə Moskva meri Sergey Sobyanın Twitter-də yazıb.

Atəş açan şəxsin, 45 yaşlı moskvalı keçmiş hərbçinin saxlandığı xəbər verilir.

İlkin məlumatlara görə o dəyişdirilərək döyüş tapançasına çevrilmiş travmatik tapançadan atəş açıb.

Onun adının Sergey Qlazov olduğu xəbər verilir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bəzi yerli medialar səhvən başqa Sergey Qlazovun fotosunu dərc ediblər.

Moskva İstintaq Komitəsi bildirir ki, iş üzrə qətl və qanunsuz silah saxlanması maddələri ilə cinayət işi qaldırılıb.

İnterfax agentliyi mənbələrə istinadən saxlanan şəxsi psixiatrların müayinə etdiklərini yazır.

Müstəntiqlərdən alınan məlumatda deyilir ki, saxlanan şəxs törətdiyi hadisənin mümkün motivləri barədə susur, lakin pandemiya və qlobal qəsd nəzəriyyəsi barədə danışır.

XS
SM
MD
LG