Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Moskva meri polisin sərtliyinə haqq qazandırır


Sergei Sobyanin
Sergei Sobyanin

Moskva meri Sergei Sobyanin deyib ki, ötən həftəsonu icazəsiz mitinq zamanı iğtişaş polisinin kütləvi zora əl atması tamamilə “adekvat” idi və polisi zorakılıq nümayiş etdirməyə etirazçıların hərəkətləri vadar etmişdi.

Məhkəmələr hələ də iyulun 27-də saxlanmış 1400-dək etirazçının işinə baxmağa macal tapmır.

İyulun 27-də paytaxt Moskvada sentyabrın 8-də keçiriləcək Moskva bələdiyyə seçkilərinə bir neçə müxalifətçının namizədliyinin qeydə alınmamasına minlərlə insan etiraz edirdi.

Polis iyulun 27-də o vaxtadək misli görünməmiş sərtliklə hərəkət edib və prezident Putinin hakimiyyətinə etiraz edən müxalifət nümayəndələri geri çəkilməyəcəklərini bildiriblər.

İnsan haqları qrupları və Qərb hökumətləri Moskva polisini nümayişçilərə qarşı aşırı zor işlətməkdə ittiham edirlər.

Lakin Putinin yaxın müttəfiqi Sobyanin iyulun 30-da TASS dövlət xəbər agentliyinə deyib ki, polisin yolları bağlayan və təhlükəsizlik əməkdaşlarına hücum edən etirazçılara qarşı sərt tərpənməkdən başqa seçimi qalmamışdı.

***

41 etirazçı həbs olunub, 79-u cərimələnib

Moskvada iyulun 27-də keçirilmiş icazəsiz yürüşdə iştirakına görə 41 nəfər həbs olunaraq 3 gündən 15 günədək həbsə məhkum edilib. Nümayiş seçki rəsmilərinin sentyabrda Moskva Dumasına seçkiyə müstəqil və müxalifət namizədlərini qeydə almamasına etiraz olaraq keçirilib.

Müstəqil OVD-Info siyasi mərkəzi vebsaytında bildirir ki, yürüşə görə cəzalananların sayı arta bilər, çünki məhkəmə prosesləri davam edir.

İyulun 30-da gecə 1-in yarısına olan məlumata görə, 79 nəfər ümumilikdə 1,34 milyon rubl (21 min dollar) cərimələnib.

Moskva polisi nümayişi dağıdan zaman “qeyri-adekvat” gücdən istifadəyə görə pislənib. Polis icazəsiz yürüşdə 1074 nəfərin saxlandığını bildirir.

***

Moskva aksiyalarında yüzlərlə etirazçının saxlandığı xəbər verilir

Moskvanın Şerbinskiy rayon məhkəməsi bələdiyyə deputatı və Moskva şəhər Duması seçkisinə namizəd İlya Yashin-i 10 sutka müddətinə həbs edib.

Məhkəmə onu mitinqin təşkilinə dair qanunu pozmaqda təqsirli bilib.

Bu barədə məlumatı Mediazona saytı dərc edib.

Elə həmin məhkəmədə Moskva şəhər Duması seçkisinə qeydiyyata alınmamış namizədləridəstəkləyən mitinqə qatıldığı üçün Valeri Rodin 12 sutkalığına həbs edilib.

Zyuzinski rayon məhkəməsi başqa bir bələdiyyə deputatı, Moskva şəhər Dumasına namizəd Konstantin Yankauskası həbs edib. O bu barədə Twitter-də məlumat verib. Onu inzibati qaydada 7 sutka həbs ediblər.

Bundan əvvəl Troitski rayon nəhkəməsi İvan Garashshuk-u 15 min rubl cərimə edib.

Onu normal həyat təchizatını həyata keçirən obyektlərin işini pozan aksiyada iştirak etməkdə təqsirli biliblər. Garashshuk-a 15 sutka verilə bilər.

Moskvanın Naqatinsky məhkəməsi Matvey Sokolovsky və onun atasını hər biri 10 min rubl olmaqla cərimə edib.

İyulun 29-da Moskva məhkəmələri bu günlərdə keçirilən mitinq iştirakçılarının işlərinə baxmağa başlayıb.

Moskva vilayət polis idarəsi bəzi həbs edilənləri yazılı iltizam almaqla sərbəst buraxır.

İyulun 27-də Moskva şəhərində Moskva Duması seçkilərinə buraxılmayan namizədlərə dəstək mitinqləri keçirilib.

İnsan haqları fəalları bu aksiyalar vaxtı Rosqvardiyanın 1373 nəfəri saxladığını bildirirlər.

Onlardan təxminən 200 nəfəri gecə polisdə saxlanıb.

Aksiya iştirakçılarından 70-dən çoxu xəsarət alıb.

Polisin verdiyi rəsmi məlumata görə Moskva meriyasının qarşısına akkreditasiyalı 700 jurnalist də daxil 3500 etirazçı toplaşıb.

Müxalifət bu rəqəmin qat-qat yüksək olduğunu bildirir.

Bundan əvvəl Moskva seçki rəsmiləri bildirmişdilər ki, bir sıra müxalifət namizədlərinin Moskva Duması seçkisində iştirakına icazə verilməyib.

Rəsmilər bu namizədlərin kifayət qədər etibarlı imza toplaya bilmədiyini deyirlər.

Moskva Dumasına seçkilər sentyabr ayında keçiriləcək.

Müxalifət namizədlərinin seçkiyə buraxılmaması iyul ayı ərzində silsilə etiraz nümayişlərinə səbəb olub.

İyulun 20-də keçirilən mitinqdə təxminən 20 min etirazçının iştirak etdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG