Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 14:39

Moskva-Ər-Riyad mübahisəsinə görə neft danışıqlarının tarixi dəyişir


Səudiyyə Ərəbistanının Enerigetika naziri Abdulaziz bin Salman Al-Saud və Rusiya Energetika naziri Aleksandr Novak, Vyana, 6 dekabr 2019

Neft ixrac edən ölkələ nümayəndələrinin aprelin 6-a təyin edilən konfransı təxirə salınır. Reuters agentliyinin verdiyi məlumata görə, koronavirus səbəbindən video konfrans formatında planlaşdırılan görüş, ehtimal ki, apreldə 8 və ya 9-u baş tutacaq.

Agentliyin bildirdiyinə görə, gecikmənin səbəbi, Moskva və Ər-Riyad arasında bir-birinin ardınca neftin qiymətinin düşməsinə görə cavabdehlik mübahisə ilə bağlıdır.

Martın 30-da neftin qiyməti 18 illik ən aşağı səviyyəyə düşüb. Koronavirusun yayılmasına nəzarət etmək üçün sərt tədbirlər görüldüyünə görə, bütün nəqliyyat növlərinin hərəkəti kəskin şəkildə məhdudlaşdırılıb və bir çox müəssisə fəaliyyətini dayandırıb.

Bu səbəbdən də neftə təlabat xeyli azaldığından qiymətlər də aşağı düşüb. Bu ərəfədə konfransın keçirlməsində ABŞ prezidenti Donald Trump təkidlidir və o hesab edir ki, dünya neft bazarınında təcili olaraq sabitləşmə yaranmalıdır.

Bildirilir ki, qarşıdakı danışıqlarda OPEC və Rusiyanın martın 31-də başa çatan neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılığın uzadılması barədə razılığa gələ bilməmələri ilə bağlı məsələlər həll ediləcəklər.

XS
SM
MD
LG