Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:02

Dronlar Moskva aeroportlarının işini pozur


Domodedovo hava limanı avqustun 10-da
Domodedovo hava limanı avqustun 10-da

Avqustun 10-da Moskva hakimiyyəti bundan əvvəlki gecə olduğu kimi dron hücumunun qarşısının alındığını bildirib.

Moskva meri Sergey Sobyaninin dediyinə görə avqustun 9-dan 10-a keçən gecə paytaxt istiqamətində iki dron vurulub.

O deyib ki, hava hücumundan müdafiə qüvvələri dronlardan birini Kaluqa vilayətində, ikincisini isə mərkəzi dairəvi avtomobil magistralı rayonunda zərərsizləşdirib.

Bundan az sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kaluqa vilayətinin Maloyaroslavsk rayonunda və Moskva ətrafındakı Odintsov rayonunda dron hücumları dəf edilib.

Nazirlik bunu da bildirib ki, ötən gecə Ukrayna dronları ilhaq edilmiş Sevastopola hücum etsələr də, həmlənin qarşısı alınıb.

Zavodda partlayışdan sonra 12 nəfər itkin düşüb

Moskvanın Vnukovo və Domodedovo hava limanları avqustun 10-a keçən gecə “Xalça” adlanan prinsiplə gələn və gedən təyyarələrin hərəkətinə məhdudiyyət qoyublar.

Bu səbəbdən 11 reysin gecikdiyi xəbər verilir.

Ötən gecə habelə Moskva ətrafındakı Domodedovoda yanğın və partlayışlar barədə xəbərlər yayılıb.

Rəsmi məlumat yoxdur, amma yerli sakinlər buradakı avtoservisdə qaz balonunun partladığını bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə yanğın aeroportun 10 kilometrliyində baş verib.

Avqustun 10-da habelə Moskva ətrafındakı Sergiyev Posad şəhərində hərbi zavodda güclü partlayış olub.

Partlayışın səbəbləri bilinmir. Bir nəfərin həlak olduğu, daha 12 nəfərin itkin sayıldığı bildirilir.

XS
SM
MD
LG