Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 02:44

Moskvada iki aeroportda uçuşlar məhdudlaşdırılıb


Domodedovo aeroportu
Domodedovo aeroportu

Avqustun 21-də Moskvada iki böyük aeroportda uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Bundan öncə Müdafiə Nazirliyi Moskva regionu üzərində Ukrayna dronunun vurulduğunu bildirib.

Domodedovo aeroportunda uçuşlar “əlavə uçuş təhlükəsizliyi tədbirlərinin görülməsindən ötrü” məhdudlaşdırılıb. Məlumatı Rusiya mediası aeroportun mətbuat xidmətinə istinadla yayıb. Vnukovo aeroportunda da oxşar tədbirlər görülüb.

Müdafiə Nazirliyinin məlumatına görə, havadan müdafiə qüvvələri Moskva vilayətində Ukrayna dronunun qarşısını alaraq məhv edib. Nazirlik itki olmadığını bildirir.

Təxminən iki saatdan sonra hər iki aeroportun normal fəaliyyəti bərpa olunub.

Son günlər baş verənlər

Son günlər Kiyevin Rusiya paytaxtında dron hücumları gerçəkləşdirməsi iddiaları fonunda Moskva aeroportlarında belə məhdudiyyətlər yer alır.

Avqustun 20-də səhər erkən Domodedovo və Vnukovoda əməliyyatlar müvəqqəti dayandırılmışdı, rəsmilər Urkaynanın dron zərbəsi həyata keçirdiyini bildirmişdilər. Müdafiə Nazirliyinin məlumatına görə, Moskva üzərindəki dron radioelektron mübazirə vasitələri ilə sıradan çıxarılıb.

Avqustun 18-də isə Moskvada dörd aeroportun fəaliyyəti 30 dəqiqəyədək dayandırılıb.

Ukraynanın ittiham olunduğu dron zərbələri Rusiya daxilində nəqliyyatın işini pozub. Avqustun 20-də Ukrayna ilə həmsərhəd, cənubqərbi Kursk vilayətində dəmiryolu vağzalı dronla vurulub, beş nəfərin yaralandığı bildirilib.

Ukrayna 18 aydır davam edən müharibə vaxtı adətən Rusiya ərazisindəki hücumları şərh etmir. Avqustun 21-də gerçəkləşdirildiyi bildirilən hücumu da hələlik, şərh etməyib.

Dronun söndürülməsi iddiasından az sonra Rusiyanın Müdafiə Nazirliyi Moskva regionunda ikinci Ukrayna dronunun da məhv edildiyini bildirib.

XS
SM
MD
LG