Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 13:21

Moskvanın mərkəzində 5 nəfər girov götürülüb - yenilənib


Arxiv foto

Rusiya KİV-lərinin mayın 23-də yaydığı məlumata görə, silahlı bir kişi, Alfa Bankının Moskvadakı bölmələrindən birində 5 nəfəri girov götürüb. O, əlindəki bombanı partladacağı ilə hədələyir.

"İnterfax"ın məlumatına görə, hazırda ərazidə olan hüquq mühafizə orqanlarının əməkdaşlrı həmin şəxslə danışıqlar aparırlar. Hadisə şahidlərindən birinin verdiyi məlumata görə, adamları girov götürən şəxsin əynində yemək çatdırma xidməti göstərən "Delivery Club" aid olan kostyum və bel çantası var.

Life News 5 nəfərin, TACC isə 6 nəfərin girov götürüldüyünü yazır. Bir şahidin verdiyi məlumata görə, hazırda otaqda bir girov qalıb.

Son məlumatlara görə, xüsusi təyinatlı polis banka girib və həmin şəxs tutulub. Girovların zərər çəkmədiyi bildirilir.

Çübhəli şəxsin anlaqsız vəziyyətdə olduğu qeyd olunur.

Təxminən 30 yaşı olan kişinin bankdan böyük məbləğdə pul tələb etdiyi barədə məlumatlar verilsə də şahidlərin "İnterfax" a dediyinə görə, həmin şəxs küçəyə kağız atıb və orada "mənə pul yox, həqiqət lazımdır" sözləri yazılıbmış.

XS
SM
MD
LG