Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Moody’s Türkiyənin kredit reytinqini ‘zibil’ səviyyəsinə endirib


Moody’s beynəlxalq reytinq agentliyinin İnvestor Xidməti ötən həftəsonu Türkiyənin kredit reytinqini “misilsiz dərəcədə” aşağı endirib.

Bloomberg yazır ki, bu Türkiyənin ən aşağı kredit reytinqidir və tədiyə balansında böhranlı vəziyyətin yarana biləcəyindən xəbər verir.

Türkiyənin kredit reytinqi B2 səviyyəinə endirilib və bu, investisiya səviyyəsindən 5 dərəcə aşağıdır.

Misir, Ruanda və Yamayka belə reytinqə malikdirlər. Belə səviyyə “spekulyativ” və ya “zibil” dərəcə sayılır.

Moody’s habelə Türkiyə üçün neqativ proqnozunu saxlayıb və bildirib ki, ölkənin maliyyə göstəricilərihazırda gözlənildiyindən daha tez pisləşə bilər.

Moody’s Türkiyənin kredit reytinqini bir il əvvəl azaltmışdı və indi bu səviyyə S&P qlobal reytinq dərəcəsindən bir, Fitch reytinqindən isə 5 bal aşağıdır.

Türkiyənin reytinqi 2016-cı il çevriliş cəhdinə qədər üç kredit reytinqi agentliyindən ikisinin investisiya dərəcəsindən yuxarı idi.

Erdoğanın siyasəti

Bloomberg yazır ki, Türkiyənin investisiya vəziyyətinin pisləşməsinə səbəb prezident Recep Tayyip Erdoğanın yalnız iqtisadi artıma diqqət yetirən siyasəti olub.

Ölkədə yürüdülən kredit stimullaşdırması siyasəti inflyasiyaya və milli valyutanın zəifləməsinə səbəb olub.

Türkiyə inkişaf etməkdə olan iqtisadiyyatların arasında özünün qızıl-valyuta fondunu ən tez bir zamanda xərcləyən ölkədir.

Dövlət bankları milli valyuta lirənin məzənnədən düşməsinin qarşısını almaq üçün bazara müdaxilə edirlər.

Bloomberg yazır ki, bütün bunlara baxmayaraq hökumət özünün maliyyə siyasətini dəyişmək niyyətində olmadığını nümayiş etdirir.

Ötən ay Fitch Türkiyənin reytinqini azaldanda Erdoğan ölkənin “iqtisadi hücuma” məruz qaldığını bəyan etmişdi.

Türkiyə prezidenti bildirmişdi ki, onun ölkəsi tənəzzüldə yox, artımda olduğu bir vaxtda beynəlxalq qurumlar onun kredit reytinqini azaldırlar.

Erdoğan bildirmişdi ki, onun üçün reytinqlərin mənası yoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG