Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:08

«Moody’s» agentliyi bank sektoruna mənfi rəy verib


Moody's
Moody's

-

Azərbaycanın bank sektoru üçün proqnozlar neqativ olaraq qalır. APA-nın məlumatına görə, Bakıda keçirilən «Moody’s» Beynəlxalq Reytinq Agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin MDB ölkələri üzrə vitse-prezidenti Maria Malyukova belə deyib.

«DEVALVASİYA BAŞ VERMƏZSƏ...»

M.Malyukova-nın fikrincə, yaxın perspektivdə yenidən devalvasiya baş verməzsə, bank sektorunda durum bir qədər sabitləşə bilər: «2016-cı ildə Azərbaycanın ÜDM artımının 3.3 faiz azalması gözlənilir. Manatın dəyərsizləşməsi bank sektoruna mənfi təsir göstərib: inflyasiya artıb, əhalinin alıcılıq qabiliyyəti azalıb. Büdcədə nəzərdə tutulan xərclərin, o cümlədən kapital qoyuluşlarının azalması bank sektoruna təsirsiz ötüşmür. Biz kreditləşmədə mənfi meyli müşahidə edirik. Ölkənin makroiqtisadi vəziyyəti bank sektoruna pis təsir edir. İlin 1-ci rübündə Azərbaycan bank sektorunun kredit portfeli 9 faiz azalıb».

MDB-DƏ ƏN YÜKSƏK DOLLARLAŞMA GÖSTƏRİCİSİ AZƏRBAYCANDADIR

«Moody’s» agentliyinin nümayəndəsi Azərbaycanda dollarlaşma səviyyəsinə də toxunub: «Azərbaycanda bu il kredit itkiləri 4.5-5 faiz proqnozlaşdırılır. Devalvasiyayadək xarici valyutada əmanətlərin həcmi 50 faiz idi. Devalvasiyadan sonra xarici valyutada əmanətlərin həcmi 82 faiz olub ki, bu da MDB-də ən yüksək göstəricidir. Dollarlaşmanın yüksək səviyyəsi aktiv və passivlər arasında fərqi böyüdür və valyuta risklərini artırır».

Xanım Malyukova təmsil etdiyi agentlikdə çalışan mütəxəssislərin bir fikrini də diqqətə yetirib. Onun sözlərinə görə, dövlət bank sektoruna, özəlliklə depozit portfelinin həcmi böyük olan banklara birbaşa dəstək göstərəcək.

DOLLARLAŞMA DEVALVASİYANIN YARATDIĞI PROBLEMLƏRDƏN YALNIZ BİRİDİR

İqtisadçı ekspert Rövşən Ağayev də qonşu Rusiya və Qazaxıstanla müqayisədə Azərbaycanda iqtisadiyyatın dollarlaşma səviyyəsinin daha yüksək olmasına diqqət çəkir: «Məsələn, indi bizdə ümumi depozitlərdə valyutanın payı 80 faizdir. Bu göstərici Rusiyada 40 faiz, Qazaxıstanda isə 60 faiz civarındadır».

Onun sözlərinə görə, bu durum ölkənin pul-kredit sisteminə, milli valyutanın dayanıqlılığına ciddi təhlükə törədir: «Mərkəzi Bank məlumatları açıqlamır, amma ayrı-ayrı mənbələrdən toplanan məlumatlar göstərir ki, indi bank aktivlərinin, azı, 60; passivlərinsə 70 faizi valyutadadır. Öz növbəsində, kreditlərin də təxminən yarısı valyutadadır».

«PROBLEM HƏLL OLUNMASA…»

R.Ağayev dollarlaşma səviyyəsini kəskin azaltmaq üçün təcili addımlara ehtiyac duyulduğunu vurğulayır: «Hökumət valyuta məzənnəsi və kreditlərin sığortalanma mexanizmlərini və ya sığorta fondu yarada bilər. Problem çözülməsə, iqtisadiyyatı yenidən kreditləşdirmək, insanları öz depozitlərini milli valyuta ilə yerləşdirməyə inandırmaq mümkün olmayacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG