Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:21

Opera müğənnisi Monserrat Caballe Barselonada vəfat edib


Montserrat Caballe

Tanınmış opera müğənnisi Monserat Kabele (Montserrat Caballe) oktyabrın 6-da 85 yaşında Barselonada vəfat edib.

Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat verir.

Monserrat Caballe 1933-cü il aprelin 12-də Barselonada doğulub. 1954-cü ildə Barselona “Liseo” teatrının nəzdindəki konservatoriyanı bitirib.

1956-cı ildə isə Bazel operasına daxil olub.

Dünya şöhrətini müğənni 1965-ci ildə qazanıb.

Müğənni onda Karneqi zalında Qaetano Donizettinin

“Lucrezia Borgia” operasında amerikalı Merlin Horn-u (Marilyn Horne) əvəz edib.

Həmin ildən də “Metropoliten operası”nda çıxış edib və 80-ci illərin sonunadək orda fəaliyyət göstərib.

Mərhum müğənninin repertuarında ümumilikdə 100-dən çox opera var.

Kabele keçmiş Sovet İttifaqı, Moskvada ilk dəfə 1974-cü ildə çıxış edib.

“El Pais” nəşri yazır ki, mərhumun dəfn mərasimi oktyabrın 8-də olacaq.

XS
SM
MD
LG