Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 07:44

'Molla Nəsrəddin lətifələri' ingiliscə


“Molla Nasraddin Anecdotes” kitabı

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri (“Molla Nasraddin Anecdotes”) ilk dəfə ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib.

Mədəniyyət və Turizm nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu qurumun dəstəyi ilə nəşr olunan toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib.

Buna da bax:​ "Kitabevim.az" mağazasında 2016-cı ilin ən çox satılanları məlum oldu

Kitaba rəssam Vüqar Əli məxsusi illüstrasiyalar çəkib.

Toplu “Efendi” Nəşriyyat Evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.

“Molla Nasraddin Anecdotes” toplusu kütləvi kitabxanalara paylanıb.

Toplu Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.

Buna da bax: Ayda 5-10 ədəd satılan kitab Azərbaycanda bestseller sayılır

Günün bütün mövzuları

XS
SM
MD
LG