Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Moldovada moskvayönlü prezidentə görə böhran davam edir


Moskvayönlü Igor Dodon Konstitusiya Məhkəməsinin qərarı ilə prezidentlikdən çıxarılıb
Moskvayönlü Igor Dodon Konstitusiya Məhkəməsinin qərarı ilə prezidentlikdən çıxarılıb

Moldovanın Konstitusiya Məhkəməsi onun moskvayönlü Igor Dodonun prezidentlikdən kənarlaşdırılması barədə qərarına daxildən və xaricdən edilən “şiddətli hücumları” pisləyib.

Bundan əvvəl Dodonun Sosialist Partiyası başqa bir partiya ilə birlikdə ölkənin mövcud hakimiyyətinə alternativ hökumət elan etmişdi.

Dodon parlamentin buraxılmasına dair hökumət fərmanını ləğv edən qərar vermişdi.

Konstitusiya Məhkəməsinin qərarına görə Igor Dodon prezident postundan getməli və onun yerini gələn parlament seçkisinədək indiki baş nazir Pavel Filip tutmalı idi.

Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi moskvayönlü Dodonun partiyasının qurmağa çalışdığı hökuməti dəstəklədiyini bildirmişdi.

Beləliklə Moksva faktiki olaraq Moldovanın daxili işlərinə qarışmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG