Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:47

Moldova Moskvanı ‘hərbi təxribatda’ ittiham edir


Moldovadakı Rusiya əməliyyat qüvvələri
Moldovadakı Rusiya əməliyyat qüvvələri

Avropada Əməkdaşlıq və Təhlükəsilik Təşkilatı (ATƏT) Moldovanın separatçı Dnestryanı rayonundakı Rusiya qüvvələrinin “çayı keçmə hərbi təlimləri” ilə əlaqədar narahatlığını ifadə edib.

ATƏT bildirir ki, onun bölgəki monitorinq qrupuna bu manevrləri izləmək imkanı verilməyib.

ATƏT avqustun 15-də verdiyi bəyanatda bildirir ki, 1992-ci il razılaşmasına əsasən bu zonada hərbi təlimlər yalnız Birgə Nəzarət Komissiyası (BNK) və ATƏT missiyasının icazəsi ilə keçirilə bilər. İndiki halda bu qaydaya əməl edilməyib.

Rusiyanın Interfax agentliyi xəbər verir ki, “Rusiya Əməliyyat Qrupunun Qüvvələri” piyadaların zirehli döyüş maşınlarının və kəşfiyyat zirehlilərinin iştirakı ilə Dnestr çayının keçilməsi əməliyyatını məşq edib.

BNK-dakı Moldova nümayəndə heyəti bu manevrləri “təxribat aktı” kimi qiymətləndirib.

BNK 1992-ci ildə Moldova, Rusiya və Dnestryanının separatçı nümayəndələri arasında imzalanmış sazişin əsasında yaradılıb.

İyun ayında Moldova hökuməti ATƏT-ə ölkədəki Rusiya qoşunlarının icazəsiz yerdəyişmələr etməsindən şikayət etmişdi.

Rusiyanın həmin yerdəyişməsində Moldovadan Ukraynaya gedən yolda 40 hərbi maşından ibarət karvan görünmüşdü.

Dnestryanı keçmiş Sovet İttifaqının ərazisində “dondurulmuş münaqişələrdən” biri sayılır.

Əsasən rusdilli əhalinin yaşadığı Dnestrayanı bölgə 1990-cı ildə Moldovadan müstəqilliyini elan edib.

İki tərəf arasında 1992-ci ildə qısa, lakin qanlı müharibə olub.

Bu müharibə Rusiya qoşunlarının müdaxiləsi ilə dayandırılıb və Moldova hökuməti ilə separatçılar arasında atəşkəs sazişi imzalanıb. O vaxtdan bəri Dnestryanı münaqişə Moskvanın yaratdığı “donmuş münaqişələrdən” biridir.

Rusiya o vaxtdan bəri keçmiş sovet silah anbarının mühafizəsi adı ilə Moldova ərazisində 1400 nəfərlik əsgəri qüvvə saxlayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG