Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Balaca ölkənin Rusiyanın hibrid silahları ilə mübarizəsi


Dnestryanı bölgədə rus əsgəri.
Dnestryanı bölgədə rus əsgəri.

Publisist L.Todd Wood «The Washington Times» qəzetində çıxmış məqaləsində Moldovanın Rusiya təbliğatı və təxribatı ilə mübarizəsini təhlil edib. Yazını kiçik ixtisarlarla oxucuların diqqətinə çatdırırıq.

Məqalədə hazırda ABŞ-ın XXI əsrin yeni hibrid silahları ilə üz-üzə olduğu vurğulanır. Söhbət kiberhücumlar, dezinformasiya, maliyyə fırıldaqları, sosial media manipulyasiyaları və korrupsiyadan gedir: ​«Qərb hələlik bu silahlar kombinasiyasından effektiv müdafiə üsulunu tapmayıb. Ancaq yer üzündə bir kiçik ölkə var ki, bu təhdid və təhlükə axınından qorunmağın yolunu tapıb».

«Ukrayna və Rumıniyanın arasında yerləşən kiçik keçmiş sovet respublikası Moldova inkişaf etmiş, azad və təhlükəsizlik bazar iqtisadiyyatına çevrilmək yolunda çoxlu mərhələlərdən keçib. Əksər Şərqi Avropa ölkələrini cənginə almış korrupsiya bu ölkələrin rifah və iqtisadi inkişafını sorub aparan nəhəng xortum kimidir. Moldova da istisna deyil. Ukrayna kimi, Moldova da onun Qərbin orbitinə keçməməsi üçün hər yola əl atmağa hazır olan nəhəng şərq qonşusunun əməllərindən əziyyət çəkir», – məqalədə deyilir.

«UĞUR HEKAYƏSİ»

Coğrafi cəhətdən təcrid olunmuş bu kiçik ölkənin tərkibində bir separatçı və bir muxtar qurum var: Dnestryanı və Qaqauziya. Dnestryanıda bir neçə minlik rus qoşunu və bir nəhəng silah-sursat deposu var. 1990-cı illərin əvvəllərində tərəflər arasında qanlı müharibə olub. Gərginlik hələ də qalır.

Moldovada separatçılar kəndlilərə öz torpaqlarını yenidən satmaq istəyirlər
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Hərçənd, yeni əsrin ilk onilliyinin sonlarında, kommunist partiyasının səkkizillik hakimiyyətindən sonra liberalların hakimiyyətə gəlməsi problemin həllinə ümidi artırdı. Bəzi təhlilçilər hətta Moldovanı «uğur hekayəsi» adlandırmağa başladılar. Ancaq bir neçə il sonra ölkənin bank sistemindən 1 milyard dolların (bu isə Moldovanın bütün maliyyə aktivlərinin 1/5-i deməkdir) oğurlandığı üzə çıxanda, ümid puç oldu. İllərlə fəaliyyətdə olmuş bu maxinasiya sxemində xarici kəşfiyyat xidmətlərinin də əli olub. Bu hadisə həm beynəlxalq donorları, həm də Moldova vətəndaşlarını çox qəzəbləndirdi, hökumətə etimad kəskin azaldı. Bir müddət öncə «uğur hekayəsi» adlandırılan şeyin fiaskoya uğradığı üzə çıxdı. İşin ən pis tərəfi isə odur ki, bu böhran ölkənin avropameylli trayektoriyasına kölgə salaraq, Rusiya istiqamətinə dəstəyin artmasına yol açdı. Böyük ehtimalla, Moskvada hazırlanmış bu ssenarinin yekun məqsədi də bu idi.

MÖCÜZƏ

Ancaq 2014-cü ildən bəri, az qala, möcüzə baş verdi. Avropa Birliyi və digər beynəlxalq qurumlar ölkəyə maliyyə yardımını dayandırdılar. Beynəlxalq yardımsa Avropanın ən yoxsul ölkəsi olan Moldova üçün həyati əhəmiyyət kəsb edirdi. Demokrat Partiyası (PDM) başda olmaqla, yeni hökumət quruldu və ciddi təzyiq altında qısa zamanda Moldovanı düşdüyü girdabdan çıxarmağa nail oldu:

«PDM baş verənləri araşdırmağa başladı, keçmiş baş nazir də daxil olmaqla, bu nəhəng maliyyə fırıldağının iştirakçılarını həbs etdi. Moldova Rusiyaya maliyyə müharibəsi elan edərək, sözügedən maxinasiyada iştirak etmiş Rusiyaya məxsus bankların səhmlərini milliləşdirdi. Hökumət ölkənin seçki məcəlləsində islahat apararaq, rusiyameylli partiyaların hakimiyyəti ələ keçirməsini çətinləşdirdi. Hazırda ölkədə sərhədləri aşaraq vətəndaşların evlərinə axan Rusiya təbliğatını önləmək üçün yeni media islahatları aparılır».

«Bir sözlə, Moldova Rusiya təhlükəsizlik xidmətlərinin ölkədə sabitliyi pozmaq cəhdləri ilə mübarizədə çox gözəl iş ortaya qoyur», – məqalədə deyilir.

Müəllifin fikrincə, Moldova Qərbin diqqət və dəstəyinə layiqdir. Gələn il keçiriləcək seçkilərdə rusiyameylli partiyalar qalib gələ bilsə, bugünədək əldə olunan bütün nəticələr itiriləcək. Hətta ABŞ hökumətinin yüksəkvəzifəli şəxslərinin bu ölkəyə bir neçə səfər etməsi də bu mübarizədə Moldova üçün mühüm əhəmiyyət kəsb edəcək.

«Sadəcə, cəsarəti ilə silahlanan Moldova «rus ayısı» ilə uğurla mübarizə aparır. Amerika Moldova modelindən çox şey öyrənə bilər», – yazıda vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG