Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:15

Moldova Rusiyanın ‘media təbliğatını’ qadağan edir


Moldova parlamentinin spikeri Andrian Kandu
Moldova parlamentinin spikeri Andrian Kandu

Moldova parlamentinin spikeri Andrian Kandu 7 yeni naziri vəzifələrində təsdiqləyən qanunvericilik aktı ilə yanaşı, ölkədə Rusiyanlın “media təbliğatını” qadağan edən qanunu da imzalayıb.

Bu sənədlər, Moldovanın Konstitusiya Məhkəməsinin ölkənin rusiyayönlü prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq dondurmasının ardınca, yanvarın 10-da imzalanıb. Məhkəmənin eyni hökmündə bu səlahiyyətlərin Kanduya keçməsi barədə maddə də vardı. Dodon ölkənin qərbyönlü hökumət və parlamenti tərəfindən təqdim olunmuş bu qanunvericilik aktlarını imzalamaqdan imtina edirdi.

“Media təbliğatı” haqqında qanun ölkədə Rusiyanın xəbər və təhlil proqramlarının yayınını qadağan edir.

Konstitusiya Məhkəməsinin 5 yanvar tarixli hökmündə deyilirdi ki, Dodon “öz konstitusiya vəzifələrini yerinə yetirməkdən iki dəfə imtina etdiyinə görə” müvəqqəti olaraq, qanunları ya spiker Kandu, ya da baş nazir Pavel Filip imzalayacaq.

Kandu və Filip qərbyönlü Moldova Demokratik Partiyasının üzvlərdirlər.

Dodon Filipin yeni nazir təyinatlarını təsdiqləməkdən imtina edir və bildirirdi ki, namizədlər bu vəzifələrə uyğun deyillər.

Moskvayönlü Dodon və Avroatlantika məkanına inteqrasiya tərəfdarı olan Filipin hökuməti arasında dərin mövqe fərqi var.

Dodon yanvarın 10-da deyib ki, Moldovanın yenicə təyin edilmiş 7 naziri “legitim sayılmır”. Prezident baş naziri “demokratiya və qanunun aliliyi prinsiplərini” pozmaqda ittiham edib.

Yanvarın 10-da Moldovanın rusiyayönlü siyasi partiyaları tərəfdarlarını küçə aksiyalarına çağırıb.

Rusiya hökuməti də Moldova hökumətinin Avropa İttifaqı və ABŞ-la daha sıx bağlara can atmasından narazıdır.

Moskva rayon məhkəməsi yanvarın 10-da Moldova Demokratik Partiyasının sədri Vlad Plahotniuc-a qarşı ittihamların hüquqiliyini qiyabi olaraq təsdiqləyib.

Moskvanın Basmannı məhkəməsi 2017-ci ildə qiyabi olaraq Moldovanın ən nüfuzlu qərbyönlü siyasətçisi olan Plahotniuc-a qarşı ittihamları təsdiq etmişdi. Plahotniuc qətlə qəsddə ittiham olunur.

Rusiya hakimiyyət orqanları iddia edirlər ki, Plahotniuc keçmişdə Rusiya və Moldovada bankları olmuş German Qorbuntsovun həyatına 2012-ci ildə edilmiş sui-qəsd cəhdinin arxasında durur.

Qorbuntsov Londonun şərqində naməlum şəxs tərəfindən pulemyotla atəşə tutulub yaralansa da, sağ qalıb.

Kremlin keçmiş müşaviri Aleksandr Nekrasov 2012-ci ildə BBC-yə demişdi ki, Qorbuntsov başqa bir Rusiya bankiri - Aleksandr Antonovun qətlinə dair informasiyaya malik olduğuna görə hədəflənə bilərdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG