Fevralın 24-də Moldovada parlament seçkisi keçirilir.
Seçkidə 15 siyasi partiya və 320 təkmandatlı namizəd mübarizə aparır.
Moldova parlamentində 101 deputat yeri var və parlament 4 illiyə seçilir.
Seçki ilk dəfədir ki, qarışıq sistem əsasında keçirilir.
Bu o demək dir ki, 50 deputat partiya siyahılarından, 51 deputat isə təkmandatlı dairələrdən seçiləcək.
Parlamentə düşmək üçün partiyalar azı 6%, bloklar isə 8% səs toplamalıdırlar.
İlk dəfədir ki, seçki məntəqələrində müşahidə kameralar quraşdırılıb.
Parlamentdə çoxluq qazanan tərəf gələcək hökumətin tərkibini müəyyən edəcək.
İctimai rəy sorğularının nəticələrinə görə, parlamentə çox güman ki, 3 partiya daxil olacaq.
Rəy sorğularına görə, sosialistlərin partiyası 20%, müxalifətdə olan ACUM bloku 12%, hakim Demokrat partiyası isə 9 % səs toplayacaq.
İlkin nəticələr bazar ertəsinə keçən gecə-fevralın 25-də bəlli olacaq.