Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:14

Moldova Rusiyadakı səfirini geri çağırıb


Moldovanın Moskvadakı səfiri Andrey Nequta
Moldovanın Moskvadakı səfiri Andrey Nequta

Moldova özünün Rusiya Federasiyasındakı səfirini məşvərət məqsədilə geri çağırıb. Bu barədə məlumatı dekabrın 18-də Molova Xarici İşlər Nazirliyi verib.

Nazirliyin bəyanatında deyilir: "Moldova rəsmilərinin və siyasətçilərinin son vaxtlar Rusiyanın hakimiyyət orqanları tərəfindən artan qısnanması və təhdidi , habelə bu barədə Moldova hökumətinin dəfələrlə etdiyi şikayətlərə reaksiya verilməməsi ilə əlaqədar Moldovanın Xarici İşlər və Avropa İnterqarasiyası Nazirliyi səfir Andrey Nequtanı qeyri-müəyyən müddətə geri çağırır”.

AzadlıqRadiosu bildirir ki, Moldovanın qərbyönlü hökuməti ilə Rusiya arasında bu il ərzində bir sıra mübahisələr olub.

Baş nazir Pavel Filip və parlamentin spikeri Andrian Kandu onların sözü ilə deyilərsə, “naməlum Rusiya kəşfiyyat xidmətlərinin Moldova rəsmilərinə qarşı qanunsuz hərəkətləri” ilə əlaqədar Rusiyanın Kişinyovdakı səfirinə etiraz notası təqdim ediblər.

Ötən may ayında Moldovadakı Rusiya diplomatları Moldova tərəfindən persona non grata elan edilmişdilər.

Moldova hökuməti bildirir ki, onun rəsmilərinə qarşı qanunsuz hərəkətlərinə qismən də Moldovada Rusyanın çirkli pulların yuyulması əməliyyatı ilə bağlı aparılan təhqiqat işi səbəb olub.

Moldovanın moskvayönlü prezidenti İqor Dodon öz hökumətinin bir çox qərarlarına qarşı çıxır.

Dodon səfirin geri çağırılması ilə əlaqədar özünün Facebook səhifəsində yazıb: “Bu bizim avropayönlü hökumətimizin ölkələrimiz arasında strateji partnyorluğun sarsıldımasına yönəldilmiş daha bir hərəkətidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG