Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Müstəqillik günündə Moldova iqtidarı və etirazçılar bir meydanda üz-üzə gəldi


Kişinyovda 27 avqust aksiyası
Kişinyovda 27 avqust aksiyası

Avqustun 27-də Moldovanın liderləri Müstəqillik Gününü qeyd etmək üçün Kişinyovun mərkəzinə toplaşmışdılar, lakin elə burada lap yaxınlıqda yüzlərlə antihökumət etirazçısı aksiya keçirirdi.

Son günlər Böyük Millət Məclisi Meydanında silsilə mitinqlər davam edir. Bu aksiyalarda əsasən ölkə xaricində yaşayan moldovanlar və rumınlar iştirak edirlər.

Hökumətdəki korrupsiyaya etiraz edən son mitinqdən sonra meydanın ətrafına metal torlu çəpərlər çəkilmiş və bura yüzlərlə iğtişaş polisi yerildilmişdi. Bu çəpər və və polis meydandakı Boyük Stefan abidəsinə gül-çiçək əklilləri qoyan hökumət üzvlərini və xarici qonaqları nümayişçilərdən ayırmalı idi.

Meydanın bağlanmasından daha da qəzəblənən etirazçılar üçrəngli Moldova bayrağını dalğalandırır, iqtidar nümayəndələrinin eşidəcəyi şəkildə “Rədd olsun mafia!” qışqırırdlar.

Bir qrup etirazçı hələ gecədən Böyük Stefan abidəsinin ətrafına toplaşmışdı. Orta əsrlərdə yaşamış bu şahzadə həm moldovanlar, həm də rumınlar üçün milli qəhrəmandır.

İğtişaş polisi burada gecələyənləri avqustun 27-də səhərin erkən saatlarında meydandan çıxarmağa başlamışdı.

Abidənin yanına əklil qoyanların arasında prezident İqor Dodon, baş nazir Pavel Filip, qərbyönlü spiker Candu və başqa rəsmilər vardı.

Etirazçılar daha ucadan qışqırmağa çalışırdılar, lakin onların səslərini hərbi orkestrin sədaları batırırdı.

AzadlıqRadiosunun müxbiri bildirir ki, moskvayönlü Dodonu Candu və Filiplə eyni cərgədə görmək çoxlarını təəəccübləndirmişdi.

Bu mitinqdən iki həftə əvvəl avqustun 10-da qonşu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən nümayişə 100 minədək antihökumət etirazçısı qatılmışdı. Onalrın bir çoxu dolanışıq çətinliyindən hazırda xarici ölkələrdə yaşayanlar idi.

Nümayiş hərbi iğtişaş polisi etirazçılara qarşı gözyaşardıcı qazdan, suvuranlardan və dəyənəklərdən istifadə etdikdən sonra zorakılığa çevrilmişdi.

Bu zorakılıqda 400-dək etirazçı xəsarət almış və belə görünür ki, gözyaşardıcı qazdan boğulan bir nəfər vəfat etmişdi.

Ortaq dil və tarixi bölüşən moldovanlar da Kişinyovun baş meydanında elə rumınlar kimi korrupsiyaya, geniş yayılmış yoxsulluğa və hökumətin siyasətinə etiraz edirdilər.

Moldovanın hökumət kabinetində Demokratik Partiya üstünlük təşkil edir. Bu partiyanın rəhbəri ziddiyyətli şəxs sayılan milyarder Vladimir Plahotniuc-dur.

Adamları qəzəbləndirən həm də Kişinyov meri seçkisi nəticələrinin məhkəmə qərarı ilə ləğv edilməsi olub.

Avqustun 26-da Moldova və Avropa İttifaqının bayraqlarını yellədən etirazçılar Plahotniuc-un həbsxanaya salınmasını tələb edirdilər.

Bu arada Brüsseldə Avropa Komissiyasının qarşısına yığılmış onlarca fəal Kişinyov meri seçkisinin nəticələrinin ləğv olunmasına etiraz aksiyası keçirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG