Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:23

Moldovanın moskvayönlü prezidentinin səlahiyyətləri alınıb


Moldova prezidenti İgor Dodon
Moldova prezidenti İgor Dodon

Moldovanın moskvayönlü prezidenti İqor Dodon Konstitusiya Məhkəməsinin onun səlahiyyətlərini müvəqqəti dayandıran qərarını rədd edib.

Bundan əvvəl Dodon qərbyönlü hökumətin nazir postlarına yeni təyinatlarının təsdiqindən imtina etmişdi.

Dodon bu barədə özünün Facebook səhifəsində yazıb: "Məhkəmə konstitusiya təsisatı yox, siyasətin əlində alət olduğunu bir daha təsdiqlədi. Bu, demokratik olduğunu iddia edən bir dövlətin utancverici və təəssüf doğuran iflasıdır”.

Dodon əlavə edib ki, o geri çəkilmək niyyətində deyil.

Bundan əvvəl Dodon baş nazirin hökumət yerdəyişməsi məqsədilə yeni nazir nominasiyalarını bloklamışdı.

O hökumətin nazir postlarına namizədlərinin səriştəsiz olduqlarını bildirir və onların Moldovanın bank sistemindən yoxa çıxmış 1 milyard dollarla bağlı qalmaqalla əlaqəli olduqlarını söyləyirdi.

Buna cavab olaraq hakim koalsiya Konstitusiya Məhkəməsinə müraciət edərək Dodonun səlahiyyətlərinin alınmasını xahiş etmişdi ki, yeni kabinet foprmalaşdırıla bilsin.

Məhkəmə dekabrın 2-də prezident səlahiyyətlərinin müvəqqəti olaraq parlament spikerinə və ya baş nazirə verilməsi barədə hökm çıxarıb.

Moskvayönlü Dodon və baş nazir Filipin Avropa İttifaqı və ABŞ-la sıx əlaqələrə can atan hökuiməti arasında münasibətlər gərgindir.

Dekabr ayında Filipin hökuməti Rusiyada Moldova rəsmilərinin və diplomatlarının sıxışdırlmasına cavab olaraq ölkənin Moskvadakı səfirini məşvərət məqsədilə geri çağırmışdı.

Mart ayında Filip və parlamentin spikeri Andrian Kandu naməlum Rusiya kəşfiyyat xəfiyyələrinin Moldova rəsmilərnə qarşı yolverilməz hərəkətlərinə etiraz etmək üçün Rusiyanın Kişinyovdakı səfirini çağırmışdılar.

May ayında isə Filipin hökuməti Rusiyanın Moldovadakı beş diplomatını persona non grata elan etmişdi.

Moldova hökuməti bildirir ki, Moskva Rusiyanın iştırakilə həyata keçirilmiş çirkli pulların yuyulması əməliyyatının təhqiqatına mane olmağa çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG