Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Moldovanın dövlət dilinin rumın dili olmasına dair təklif qəbul olunub


Moldovanın Konstitusiya Məhkəməsi ölkənin dövlət dilinin adının dəyişdirilməsi təklifini qəbul edib.

Bu təklifə görə dövlət dili moldovan dili əvəzinə rumın dili olmalıdır.

Konstitusiyanın 13-cü maddəsinin dəyişdirilməsi barədə təklifi avropayönlü Liberal Demokratik Partiyası vermişdi. 35 millət vəkili tərəfindən imzalanmış təklifə gələn ilin aprel ayında baxılacaq.

Bu təklifin parlamentdə nə qədər dəstək qazanacağı məlum deyil. Moldovada konstitusiya dəyişikliyinin qəbul olunması üçün 101 millət vəkilindən 67-nin və ya parlamentin üçdə ikisinin leyhinə səs verməsi zəruridir.

Təklifi verənlərdən Tudor Deliu məhkəmənin 31 oktyabr tarixli qərarını alqışlayıb.

O deyib ki, ilk addım atılıb və tarixi ədalət bərpa olunub:

“Moldova Respublikasının vətəndaşları rumın dilində danışırlar. Bunu hamı bilir. İndi isə bu, ölkə konstitusiyasında təsbit oluncaq”.

Lakin ölkənin rusiyayönlü prezidenti İqor Dodon deyib ki, bu dəyişiklik yalnız referendumla edilə bilər. O dövlət dilinin “moldovan” olaraq qalmasını istəyir.

Doodn özünün Facebook səhifəsində yazıb ki, Moldova Respublikası əhalisinin əksəriyyəti “moldovan” dilində danışdığını düşünür”.

Bu dəyişikliyin əleyhinə çıxış edən Sosialist Partiyasının bəyanatında deyilir ki, “belə mühüm dəyişiklik Konstitusiya Məhkəməsinin ikili Rumıniya-Moldova vətəndaşlığı olan üzvləri tərəfindən qəbul edilə bilməz”.

Konstitusiya Məhkəməsi 2013-cü ildə Moldova Respublikasının dövlət dilinin rumın dili olduğuna dair qərar qəbul etmişdi.

Moldovanın 1991-ci il müstəqillik aktında da dövlət dilinin “moldovan” dili olduğu təsbit edilib.

Lakin 1994-cü ildə qəbul edilmiş Konstitusiyada dövlət dili moldovan dili kimi qeyd olunub.

XS
SM
MD
LG