Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Mohamed Salah bütün kişiləri qadınlara hörmət etməyə çağırır


Mohamed Salah Rusiyada keçirilmiş Dünya Kuboku oyunlarından biri zamanı
Mohamed Salah Rusiyada keçirilmiş Dünya Kuboku oyunlarından biri zamanı

Misirli futbol superulduzu Mohamed Salah öz ölkəsindəki və müsəlman dünyasındakı bütün kişiləri qadınlarla daha ehtiramlı rəftar etməyə çağırıb.

İngiltərənin Liverpool futbol klubunun hücumçusu TIME məcmuəsinə müsahibəsində ilk dəfə olaraq qadın-kişi bərabərliyinin mühümlüyündən söz açıb.

“Məncə biz mədəniyyətimizdə qadınlara qarşı rəftarımızı dəyişməliyik. Bunun başqa variantı ola bilməz”.

O deyib ki, öz xalqının mədəniyyətində və Yaxın Şərqdə qadınlarla necə rəftar edildiyini görməsi onun gender münasibətləri barədə baxışlarını dəyişib.

“Mən indi qadınları əvvəllər olduğundan daha çox dəstəkləyirəm, çünki fikrimcə qadınlar hazırda layiq olduqları diqqəti görmürlər”.

Öz ölkəsini son 28 ildə ilk dəfə olaraq 2018-ci ildə FIFA Dünya Kuboku yarışlarına çıxaran Salah Misirdə və bütün regionda bu populyar oyunun rəmzinə çevrilib. O deyir ki, Yaxın Şərqdə azarkeşlər ona “öz oğulları” kimi baxırlar.

Kazan şəhərinin sakinləri Salahın mozaik şəklini telefonlarına çəkirlər
Kazan şəhərinin sakinləri Salahın mozaik şəklini telefonlarına çəkirlər

26 yaşlı Salah etiraf edib ki, cəmiyyətdə nümunə modelinə çevrilmək onun üçün o qədər də asan olmayıb, lakin indi bununla fəxr edir və bu, onu daha yaxşı futbolçu edib.

Futbolçu bildirib ki, əvvəllər heç bir misirlinin qarşısında buna bənzər vəzifə durmayıb.

O deyib ki, oyundan sonra onun üçün ən yaxşı istirahət 5 yaşlı qızı ilə vaxt keçirməkdir və dünya futbolunun zirvəsindəkilərdən biri olmaq onun həyat tərzini dəyişməyib.

“Mən sadəcə olaraq öz normal həyatımı yaşayıram. Çox vaxt evdə oluram. Gəzməyi xoşlamıram”.

Salah 2019-cu ildə TIME məcmuəsinin dünyanın ən nüfuzlu 100 adam siyahısına daxil edilib və buna görə də məcmuənin altı üz qabığından birində onun fotosu dərc olunub.

Jurnalın içində isə Liverpool azarkeşi və HBO ulduzu John Oliver “misirlilərin, skauzların (Liverpool azarkeşlərinə verilən ad) və dünya boyunca müsəlmanların pərəstiş obyekti” olan futbolçu barədə ürək sözlərini yazıb.

http://time.com/5568633/mohamed-salah-women-middle-east/

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG