Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:11

Mogherini deyir ki, ABŞ-ın İran sazişində qalacağına dair 'siqnallar' alıb


Federica Mogherini

Avropa İttifaqının xarici işlər komissarı deyib ki, ABŞ millət vəkilləri Birləşmiş Ştatların 2015-ci il İran nüvə sazişində qalacağına dair işarə veriblər.

Noyabrın 7-də Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən Federica Mogherini ABŞ Konqresindən keçəcək qanunvericilik aktının İran sazişinə təsir edib-etməyəcəyinə dair şərh verməkdən imtina edib.

Konqresdə müzakirəsi hazırlanan qanunvericilik aktı İranın sanksiyalardan azad edilməsi üçün əlavə şərtlər irəli sürür.

Lakin Mogherini deyib ki, “o Birləşmiş Ştatların İran sazişində qalmaq niyyətində olduğunun aydın əlamətlərini görüb”.

ABŞ prezidenti Donald Trump ötən ay İranın nüvə sazişinin şərtlərinə əməl etdiyinə dair şəhadətnaməni imzalamaqdan imtina edib.

2015-ci il sazişi özünün nüvə proqramını məhdudlaşdırması hesabına Tehrana beynəlxalq sanksiyalardan azad olmaq imkanı verir.

Oktyabrın 13-də etdiyi çıxışında Trump Tehranı nüvə sazişinin “ruhunu” pozmaqda ittiham etmişdi.

Bunu deməklə prezident İranın ballistik raket sınaqları keçirməsini nəzərdə tuturdu.

Trump Konqresə İran üzərinə sanksiyaların təkrar qoyulmasını sürətləndirə biləcək qanunun gücləndirilməsi üçün müraciət edib.

Bundan başqa ABŞ prezidenti qanundan müddət bəndlərinin çıxarılmasına çalışır. Bu maddələrdə İran üzərindəki bəzi məhdudiyyətlətin qaldırılması üçün dəqiq müddət göstərilib.

O habelə Birləşmiş Ştatların tələbləri yerinə yetirilməzsə, Vaşinqtonun bu sazişdən çıxacağı ilə hədələmişdi.

Avropa İttifaqı və İran sazişinin tərəfləri olan Rusiya, Britaniya, Çin, Fransa və Almaniya Trump-ı ABŞ-ı bu sazişdən çıxarmamağa çağırmışdılar.

İran nüvə sazişinin əsas danışıqçılarından biri olmuş Mogherini deyib ki, ABŞ millət vəkillərini bu sazişin Avropa İttifaqı üçün təhlükəsizlik baxımından nə qədər mühüm olduğuna inandırmağa çalışıb.

Mogherini habelə bəyan edib ki, bu saziş təkrar danışıqların predmeti ola bilməz.

O deyib ki, bu sazişin hər hansı bir hissəsi yenidən müzakirəyə qoyulsa, onda bütün sənəd yenidən müzakirə olunmalı olardı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG