Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Mogherini: Orta Asiyada islahatlar uzun və "hərdən ağrılı" prosesdir


Avropa Birliyinin xarici məsələlər üzrə rəsmisi Federica Mogherini, Bishkek, 07iyul, 2019
Avropa Birliyinin xarici məsələlər üzrə rəsmisi Federica Mogherini, Bishkek, 07iyul, 2019

“Avropa Birliyi Orta Asiyada demokratik dəyişikliyi təşviq etməkdə davam edir”.

Bunu, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini Türkmənistan və Qırğızıstana səfərini başa vurduqdan sonra-iyulun 7-də AzadlıqRadiosuna müsahibəsində deyib.

O qeyd edib ki, regionda islahatlar aparılması uzun və “hərdən ağrılı” prosesdir.

Mogherini deyib ki, Avropa Birliyi demokratik dəyişiklik yönündə irəliləmək üçün Orta Asiya ölkələrinə motivasiya verə bilər və bunun üçün birliyin “təcrübəsi, səbri və resursları” var.

O qeyd edib ki, Avropa Birliyi “daima Orta Asiya ölkələri liderləri ilə görüşlərdə siyasi islahatlar,mətbuat azadlığı və insan haqları ilə bağlı məsələ qaldırır və onları inandırmağa çalışır ki, insan haqları sahəsində vəziyyətin yaxşılaşması, onların ölkəyə xarici sərmayə cəlb etmək və beynəlxalq imiclərini qaldırmaq şansını artıracaq”.

Mogherini iyulun 6-da Türkmənistanda olub və səfər zamanı birliyin Aşqabadda yeni nümayəndəliyinin açılışı olub.

Yeni ofisin əvvəlkindən fərqli olaraq, tam heyyətli status olacaq.

Mogherin Türkmənistandan sonra qonşu Qırğızıstana yollanıb və iyulun 7-də Avropa Birliyi-Orta Asiya forumunda çıxış edib.

Human Rights Watch insan haqları təşkilatı səfər ərəfəsində Mogherinini Qırğızıstana səfəri zamanı insan haqları-xüsusilə ömürlük həbsə məhkum edilmiş hüquq müdafiəçisi Azimjan Askarov barədə məsələ qaldırmağa çağırmışdı.

Mogherini ölkə rəsmiləri ilə ikitərəfli görüşlərdə bu məsələnin müzakirə edildiyini bildirib, amma əlavə detallara aydınlıq gətirməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG