Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:38

Avropa İttifaqının rəsmisi Vaşinqtondan “nikbin” qayıdıb


Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini Vaşinqtonda dövlət katibi Rex Tillersonla görüşüb

Avropa İttifaqının xarici işlər komissarı Vaşinqtonda ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə görüşdən sonra bildirib ki, o Donald Trump administrasiyasının İranla nüvə sazişinin şərtlərinə sadiq qalacağı barədə nikbindir.

Federica Mogherini bu bəyanatı fevralın 10-da Ağ Evdə və Dövlət Departamentində keçirdiyi görüşlərin ardınca verib və əlavə edib ki, o, Trump administrasiyasının rəsmiləri ilə habelə Rusiya məsələsini də müzakirə edib.

Trump İranla bağlanmış nüvə sazişini dəfələrlə kəskin tənqid edib.

Özünün seçki kampaniyası zamanı Trump bu sazişi “indiyədək bağlanmış müqavilələrin ən pisi” adlandırıb, lakin Ağ Evə gəlişindən sonra o, bu məsələdə qarışıq mesajlar verir.

O bəzən bu sazişi ləğv edəcəyindən, bəzən isə bir sıra şərtlər barədə danışıqlar aparılacağndan söz açır.

Mogherini deyib ki, İranla nüvə sazişi onun Vaşinqtona səfərinin əsas məqsədi idi və o müzakirələrdən nikbin qayıdır.

"Mən görüşlər zamanı eşitdiklərimdən əmin oldum ki, niyyət bu sazişin tam icrasıdır” – deyib Mogherini fevralın 10-da.

Trump administrasiyası ilə Rusiya barədə danışıqlar zamanı hər iki tərəf bu qənaətə gəlib ki, Moskva Minsk razılaşması kimi tanınan 2015-ci il atəşkəsinə əməl etməlidir. Kiyev və Qərb Rusiyanı Ukraynanın şərqində separatçıları dəstəkləməkdə ittiham edirlər.

"Biz razılaşdıq ki, Minsk sazişinə tam əməl olunmalıdır və sanksiyalar bu sazişin icrasına bağlıdır” – deyib Mogherini.

Trump-ın Rusiya ilə yaxşı münasibətlərə can atdığnı dəfələrlə bəyan etməsi, ABŞ-ın Avropadakı ənənəvi müttəfiqlərini narahat edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG